adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
11 Mart 2016 12:36
36392
TEXNOLOGİYA
A- A+

Çin elektrik təyyarələri istehsal edəcək

Çinin Baş Mülki Aviasiya İdarəsi "RX1E" adli ilk elektrik təyyarəsinin ölkədə istifadəsinə icazə verib. Bu barədə Adalet.az TASS-a istinadən xəbər verir.

Bu təyyarə havada 60 dəqiqə qala bilər, sürəti isə 120 km/saat olacaq.

Təyyarənin istehsalçısı olan "Ruixiang" şirkəti bəyan edib ki, uçaq pilotların təlimləri və hava üzərindən ekskursiyaları keçirmək üçün ideal vasitədir. Hazırda təyyarələrin 4-ü istismardadır və 20-nin istehsalı üzrə işlər gedir.

Daha öncə Çinin "Yihang" şirkəti bir sərnişinin daşımasını nəzərdə tutan ilk pilotsuz kvadrokopteri (uçaq aparatı) təqdim edib. Elektrik akkumulyator əsasında çalışan pilotsuz mini-təyyarə ümümi 100 kiloqram çəkisində olan insan və baqajı qaldırmaq iqtidarındadır.

İki saat ərzində enerji yığandan sonra kvadrokopter havada 100 km/saat sürətlə 23 dəqiqə uça bilir. "Yihang-184" adlı mini-təyyarənin qiyməti 200-300 min dollar arasında olacaq.