adalet.az header logo
  • Bakı 11°C
11 Mart 2016 01:01
35492
TEXNOLOGİYA
A- A+

Yeni iPhone Novruz bayramında təqdim olunacaq

Apple şirkəti bir sıra KİV-ə martın 21-də baş tutacaq məhsul təqdimatına dəvətnamələr göndərib, Adalet.az xəbər verir.

Bundan başqa, Apple dəvətnaməyə "Let us loop you in” sözlərini də əlavə edib ki, bunu da "Sizi məsələdən agah etməyə icazə verin” kimi tərcümə etmək olar.

Gözlənilir ki, şirkət mart təqdimatında iPhone 5SE smartfonunu təqdim edəcək. Bu telefonun iPhone 6s-in prosessoru və 8 MP ölçüsündə təkmilləşdirilmiş kamera ilə təchiz olunacağı bildirilir.

Bundan başqa, şəbəkədə həmin tarixdə 9,7 düym diaqonala malik yenilənmiş iPad-ın da təqdim olunacağı barədə informasiya yayılıb.