adalet.az header logo
  • Bakı 18°C
10 Mart 2016 00:12
36147
TEXNOLOGİYA
A- A+

AKTT Azərbaycanı internet trafiki nəzarət altına almağa çağırdı

Avrasiya Kiber Təhlükəsizlik Təşkilatı (AKTT) Avrasiya dövlətlərinin liderlərini internettrafiki nəzarət altına almağa çağırır.

Adalet.az  xəbər verir ki, bu barədəAKTT-nin rəsmi saytında dərc edilən müraciətdə bildirilir.

Müraciət Rusiya prezidenti Vladimir Putinə, Qazaxıstan prezidenti Nursultan Nazarbayevə, Azərbaycan prezidenti İlham Əliyevə, Belarus prezidenti Aleksandr Lukaşenkoya, Ermənistan prezidenti Serj Sarkisyana, Özbəkistan prezidenti İslam Kərimova, Qırğızıstan prezidenti Almazbəy Atambayevə, Moldova prezidenti Nikolay Timofotiyə və Tacikistan prezidenti Emomali Rahmona ünvanlanıb.

"FTB (ABŞ Federal Təhqiqatlar Bürosu - red.) istifadəçinin maliyyə məlumatları, eləcə də səhhəti barədə informasiyaya çıxışa malik ola bilər, eləcə də onun harada olmasını izləyə, telefonun mikrofon və kamerasına çıxışı ola bilər”, - müraciətdə deyilir.

Bununla əlaqədar qeyd edilir ki, MDB ərazisində Avrasiya ölkələrinin fəaliyyətinin vəApple, Google, Facebook, Twitter, Samsung kimi İT nəhənglərinə dair konsolidasiya siyasətinin koordinasiyası mühüm məna kəsb edir.

Avrasiya dövlətlərinin rəhbərlərini Rusiyadan nümunə götürərək poçt servisləri, sosial şəbəkələrə və axtarış servislərinə malik olan xarici şirkətləri istifadəçilərin personal məlumatlarını sırf milli servislərdə saxlamağı tələb edən qanun qəbul etməyə çağırıblar.

Qeyd edilir ki, qanun Avrasiya vətəndaşlarına dair istənilən məlumata, o cümlədən də sosial şəbəkələrdəki fotolara tətbiq edilməlidir.

"Bu qanunlara riayətdən imtina zamanı sayt və servislərin blok edilməsi də daxil olmaqla tədbirlər görülməlidir. İstifadəçi məlumatlarını saxlayarkən şirkətlər ölkənin hüquq-mühafizə orqanları tərəfindən bu məlumatlar tələb olunduğu halda, məlumatlar təqdim olunmalıdır”, - müraciətdə vurğulanır.

Müraciətdə MDB-nin Avrasiya ölkələrinin milli İT xidmətləri göstərən şirkətləri diversifikasiya etməli olduğu və fövqəladə vəziyyətlər üçün ehtiyat mexanizmlərini hazırlanmasının və ya xarici təsirdən qorunmaq üçün DNS sistemlərinin söndürülməsi lazım olduğu deyilir.

Müraciətdə, həmçinin xarici telekommunikasiya şirkətlərinə nəzarətin yüksəldilməsinin labüdlüyü vurğulanır, trafikinmübadilə nöqtələri isə daha nəzarət edilən olmalıdır.

"Tədbirlərdən biri Avrasiya ehtiyat kanallarının və Avrasiya data-mərkəzlərinin yaradılması olmalıdır.Burada istifadəçilərin personal informasiyası şifrələnmiş şəkildə saxlanılacaq”, - təşkilatın mütəxəssisləri hesab edir.

Onlar vurğulayırlar ki, indi ABŞ və Almaniya da daxil olmaqla bir çox ölkələr öz ərazisində trafikin hərəkətini məhdudlaşdırmağa çalışır və mümkün qədər transsərhəd keçidlərin və imkan daxilində və məlumatların ötürülməsi magistral sistemlərinin vəhdətini qorumağa çalışır. MDB-nin Avrasiya ölkələri öz səylərini birləşdirərək bu yolda addımlamalıdır.

"Avrasiya trafikinin monitorinq sistemini yaratmaq lazımdır, bu sistem rabitə nöqtələrinin əlaqəsini anlamağa, Avrasiya sərhədini keçən rabitə kanalının sayını hesablamaq və boz kanalları üzə çıxarmaq imkanı yaradacaq”, - müraciətdə deyilir.

AKTT bu məlumatın əsasında milli operatorlaravə internetşirkətlərə ehtiyat kanalların tikilməsini təklif etmək nəticəsinə gəlir, bu kanallar rabitəni və şəbəkənin təhlükəsizliyini yaxşılaşdıracaq.

Qeyd edək ki, Avrasiya Kiber Təhlükəsizlik Təşkilatı (AKTT) - Avrasiya regionu ölkələrindən olan İT mütəxəssislərin, bloqerlərin, publisistlərin, yazıçıların, müxtəlif yaş katiqoriyasına aid olan jurnalistlərin birləşdiyi, fərdlər arasında azad müqavilə əsasında təşkil edilmişhərəkatdır.

"AKTT məqsədi – MDB ölkələrinin informasiya və kiber məkanın təhlükəsizliyini və müstəqilliyinin, eyni zamanda şəxs azadlığının təmin edilməsi ilə yanaşı möhkəmləndirilməsidir; xarici kəşfiyyat kiber fəallığının, eləcə də onların fiziki və elektron daşıyıcılarının aşkar edilməsi və neytrallaşdırılmasıdır”, - təşkilatın saytında qeyd edilib.