HAVASI ÜRƏYİ OYNADAN SÖZ

ƏBÜLFƏT MƏDƏTOĞLU
81602 | 2013-01-18 10:18

Hər yenikitabla tanışolanda illərdi ürəyimdə kök atmış yaddaşıma hakim kəsilmiş və dəfələrləvurğuladığım bir fikri təkrar etməli oluram. Doğrudur, təkrarı həmişə yüksəkqiymətləndiriblər. Amma mən bu təkrarı qiymət xatirinə yox, doğrudan-doğruyahər yeni kitabın yeni bir dünya olduğu qənaəti ilə dilə gətirirəm. Çünki yeni kitab oxucunun evinə gələn təzə birqonaqdır...gyeni kitab yazarın ailə üzvünün say etibarı ilə yanaşı, həm dəkeyfiyyət etibarı ilə də böyüməsidi yeni kitab söz dünyasına açılan yeni birpəncərədi...

Bax, bumənada yeni söz, yeni kitab mənim üçün həmişə sevindirici hadisə, maraqlıgörüş, tam yeni bir ünsiyyətdir. Həmin dediyim çalarları bu günlərdə şair dostumKəramətin mənə bağışladığı yeni bir kitada da yenidən yaşadım. Daha doğrusu,mənə bağışlanın bu kitabı çox qısa bir zaman kəsiyində təkcə baxış süzgəcindən yox. Həm də içdünyamdan keçirib "özümünküləşdirdim".

MüəllifiNurafiz olan bu kitabın ilk səhifəsindən, yəni təqdimatdan və müxtəlif sözündənbaşlayaraq, sona qədər oxuyub başa çıxandan sonra öncə mənə elə gəldi ki, buşeirləri əvvəl hardasa oxumuşam, hardasa bu şeirlərlə baş-başa qalmışam. Sonrabu doğmalığın arxasında dayanan tanışlığı mənə yenidən yaşadan hisslərindiqtəsi ilə anladım ki, mən Nurafizin şeirlərini daha çox mətbuatda izləmişəm.Etiraf edim ki, onun kitab halında, toplum şəkildə ilk dəfə gördüyüm və səmimietiraf edim ki, ürəyimi oynadan şeirlərini çox bəyəndim, çox sevdim. Bu səmimietirafın arxasında dayanan əsas məqam isə mövzuların, ifadə tərzinin,təqdimatın mənə çox doğma olması idi. Daha çox bizim nəslin yaradıcı üslubunasöykənən, xalq deyim tərzindən, klassik ədəbiyyatdan mayalanan şeirləristər-istəməz bizim kimi "ötən illərdə qalan" yazarları özünə çəkir.

Əslində heçbir "izmə" dəxli olmayan bu şeirləri böyük hərflərlə yazılan,deyilən, qəbul olunan ədəbiyyatın bir nümunəsidir.

Kitabdakıhər bir şeir özü-özlüyündə yığcam, konkret bir fikrin poetik ifadəsi, təqdimatıolmaqla yanaşı, həm də bir musiqiyə köklənmiş ifadır.

Baxmazdımvara, yoxa,

Yaxamıverdim aha.

Demək,ölmüşəm daha,

Bağışlaməni, Allah!

Bütün sözadamları bu və ya digər formada yerə, göyə üz tutur, Tanrıya əl açır, onun nurualtında öz işığını, öz şamını yandırır. Bu təmas əslində Allahın istedad bəxşetdiyi, fərqləndirdiyi söz adamlarını bir az da nurlu, bir az da işıqlı edir.Bu nur, bu işıq sözdən-sözə, dildən-dilə şölələnir və baxıb görürsən ki, buişıq çəkib səni aparır. Bax elə Nurafizi apardığı kimi.

Yenədurnalar uçur,

Üzü Şuşayasarı.

Göy üzü olabilsəm,

Öpərdim burüzgarı.

Qələm adamısözünü dünyaya gətirəndə ona ürəyinin şirəsini, səsini, hərarətini,çırpıntılarını hopdurur. Amma bu söz dünyaya gələnə qədər, həmin o söz adamınıncanında, qanında bir ana laylası, bir ana nəfəsi həmişə yaşayır və bu yaşam sözadamının ana qolları arasındakı sonsuz dünyanın cənnətində pərvazlandırır. Yənibütün yazarlar daha çox anaya və Tanrıya, yerə və göyə üz tutur. Bu datəbiidir. Böyük Yaradanla insanı dünyaya gətirən arasındakı o İlahi bağlılıqistər-istəməz sözün qan damarından keçib gedir. Nurafiz yazır:

Bu dünyadaanam vardı...

Daha burdanağıl bitdi.

Mən nağılainanmazdım,

Nağıl kimigəldi, getdi.

Çox səmimivə çox kövrək təəssüf. Elə həmin o səmimiyyətlə də Nurafiz sözün ona nə qədərdoğma olduğunu da etiraf edir və yazır:

İçimdədoğmalaşdı,

Hər ağrım,acım sonda.

Söz oldugüvənc yerim,

Qardaşım,bacım sonda.

Həqiqətəninsanın, xüsusilə söz adamının sığındığı iki danılmaz məkan var. Biri təkliyi,biri də onun içində çiçəkləyən sözü. Həmin təklikdə də həmin o söz yanındaolur, o söz çiçəkləyəndə də o təklik onu tərk etmir. Ona görə də Nurafizinümidi şam hesab etməsi çox anlayışla qarşılanır və inanırsan ki, bu etirafhəqiqətin özü qədər təbii və gözlə görülən, əllə duyulandı.

Nisgildənev tikmişəm,

kilidi ayişığı.

Ümidi şameylədim

kiridi ayişığı.

"Sözündörd havası" kitabı öz bölgüsü ilə əslində məni bir az razı salmadı. Çünkibu bölgülərin hər biri bir-birinin içərisində idi... bir-birinin içindən keçibürəyə doğru yol gəlirdi. Bax, bu anlam mənim şəxsi qənaətimdə, ola bilər ki,müəllif razılaşmasın. Ancaq sözlə yaşayan, sözlə işləyən hər kəs bilir ki, sözadamı bir anda bəzən fəsillərin dördünü də yaşayır. Təbii ki, bölgü aparmaqmüəllifin öx ixtiyarındadı. Mən sadəcə öz içimdən keçəni dedim. Amma onu daxatırladım ki, söz üçün dünya həmişə dar olub. Bunu Nurafiz də təsdiqləyir.

Susmaqla işdüzəlsə,

Qayalar şaholardı.

Səbrin işiböyükdür,

Heyif ki,dünya dardı.

Və yaxud:

Diri gözlü"qırxım" çıxdı,

Gözlərimibağlamayın.

Ölməyin dədadı yoxdu,

Daha məniağlamayın.

Mən çoxböyük maraqla mütaliə etdiyim "Sözün dörd havası" kitabında bircəhavanı əvvəldən axıra kimi hiss etdim, yaşadım. O da oxuduğum şeirlərin sözüqiymətləndirən, sözə dəyər verən, söz üçün ölüb dirilən bir şairin qələmindənsəslənən hava idi. Bu havanı yaratmaq, onu təqdim etmək, onu sevdirəmk zənnimcəNurafizin şairlik istedadının göstəricisidi. Çox sevindim ki, bu havayla, buhavada ifadə edilən sözlərlə qovuşanürəyim o havaya qol qaldıra bildi, rahatlıq tapdım, dincəldim və həm dəsevindim. Özü də çox səmimiyyətlə bildirirəm ki, bu cür sevinmək oxucuya həmişəqismət olmur. Bəlkə də bir oxucu kimi qocalmışam, ona görə kövrək olmuşam?Bəlkə də bunun yaşa dəxli yoxdu. Amma hər halda, Nurafiz mənimlə şərik olar:

Özümühamıdan gizli saxladım,

Bir adambilirdim - o da ki, güzgü.

Qıvlasız nəyaman mənə oxşayır,

Yamanqocalmışam, ya da ki, güzgü.

Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV