Neçə gündü sözünkələfini dolaşdırmışam. Nə qədər özümü dağa-daşa vururam, oda-közə yaxıramsözün ucunu tapa bilmirəm. Elə bil basaratım bağlanıb... elə bil fəhmimazalıb... elə bil heç sözdən anlayışım yoxdu. Tamam ruhsuz, cansız qupquru birağacam. Amma bu quruluğun, bu fəhmsizliyin, bu basaratın bağlanmasının davamlıolacağına inanmıram. Çünki Yaradanım məni heç vaxt darda qoymayıb və mən dəağlım kəsəndən bu günə qədər özümü Yaradanımın himayəsindən bir iynə ucu boydada uzaqda təsəvvür etməmişəm. Ona görə də o ipucunun tapılacağına və oaxtardığım sözün mənim üçün "sim-sim" olacağına inanıram. Deməli...
Hə, dörd divarınarasında var-gəl etmək bir neçə səbəbdən ola bilər. Mən onları xırdalamıram. Yəqinki, hər kəs belə bir durumda dörd divar arasını ölçməyin nə demək olduğunu vəonun yozumlarını özü öz düşüncəsiylə, öz parametrləriylə müəyyənləşdirib və buprosesdən də az və ya çox dərəcədə gəlibkeçib gedib. Mən də zaman-zaman belə durumlara düşmüşəm və addımladığım bu dörddivar arası məsafənin cəmi altı addım olduğunu dünyanın harasında, hansısaatında, hansı vəziyyətində soruşsalar gözüyumulu birnəfəsə deyərəm. Üstəlik,onu da soruşsalar da, soruşmasalar da xatırladaram ki, o altı addımlıq məsafədəqapının girişindən sağ tərəfdə kitab rəfi var. Onun da addım məsafəsi altıdaniki kəmdi. Mən addımladıqca həmişə gəlib kitab rəfinin qarşısında dayanıram.Neçə illərdi bu adət məndə qalıb. Elə bil axtardığım sözün ipucu, açarı o kitabrəfindədi. Mən kitab rəfinin önündə dayanıb gözucu kitabları nəzərdən keçirirəm,sonra əlimi uzadıb istənilən birini götürürəm. Elə götürdüyüm kitabın ruhuma,könlümə yaxın olan istənilən sözü, cümləsi, misrası mənə ipucu olur, mənə açarkimi xidmət göstərir. Bax, mən indi də həmin o dediyim durumun içindəolduğundan addımlayıram, ölçürəm otağı. Bilirəm ki, kitab rəfinin qarşısındadayananda yenə əlimi uzadacam, yenə kitab götürəcəm. Amma bu dəfə özümü tutubsaxlamışam. Əlimi uzatmaq, kitab götürmək niyyətində deyiləm. Ona görə ki, okitabı neçə gündü götürmüşəm və sözbəsöz oxumuşam. Bir də baxıb görmüşəm ki, həmino oxuduğum sözlərin içində elə bir vəziyyətə düşüb qalmışam ki, ürəyimindöyüntüsü beş addım kənardan eşidilir. Bu, həmin o sözlərin məndə yaratdığı təəssüratın,həyəcanın, üstəlik içimdə qaladığı odun istisinin təsiridi. O ocaq, o təəssürat,o həyəcan məni affekt halına salıb. Güclü dalğanın sahil daşlarına çırpdığı bircanlının vəziyyətini göz önünə gətirin. Onda biləcəksiniz ki, bu halın miqyası,bu halın aurası nə boydadı və...
Dar ağacına dönərsaat əqrəbi
Dözüm kəndirolar, asılı qallam.
Və yaxud:
Əlim çarpazlanarsinəmə sarı
Görərəm ürəyim əlimdəəsir.
Və yaxud:
Yaxamı dərdlərinəlinə qıyıb
Məni tənhalığa dəyişibgetmə.
Bumisralar sizdə hansı hissləri oyatdı? Bu misralar sizə nələri pıçıldadı? Gəlinüz-üzə, diz-dizə oturub birlikdə alt qatına enək bu misraların. Gedək və gözlərimizləgörək, əllərimizlə toxunaq. Onda biləcəyik ki, gözləmək nə deməkdi...sevmək nədeməkdi... sevilmək nə deməkdi... həsrət nə deməkdi... tənhalıq nə deməkdi.Onda dərk edəcəyik ki, sevgimiz hansıölçüdədi? Hansı boyda, biçimdədi? Onda bizə aydın olacaq ki, sevdiklərimiz vətəndən,anadan, övladdan, nəvədən, yardan və bir də bunların hamısını bizə bəxş edənTanrıdan qopan zərrələr kimi necə doğulub, necə böyüyüb içimizdə... necəqollu-budaqlı xan çinara çevrilib. Və biz onun hər yarpağında bir ümidgörmüşük... hər qanadında bir inam yaşatmışıq... hər budağında bir sədaqət,etibar ünvanı qazanmışıq. Çünki onun kökü də, gövdəsi də sevgidi. Və deməli, osevgi bizə pıçıldayır ki, biz bir-birimizi Allahdan başqa heç kimə məlumolmayan hansı cizgisini, hansı xüsusiyyətini, hansı duyğusunu özümüzəhopdurmuşuq, yaddaşımızda yaşatmışıq. Onu bir-birimizə demədən qarşılıqlı şəkildə o odun, o istəyin qoruyucusuna çevrilmişik.Bu misralarda deyildiyi kimi:
Axıtək sən bilirdin
mənimqorxaq olduğumu
buyaşımda qaranlıqdan
qorxduğumu.
Bəli,yalnız sən və yalnız mən. Sənə və mənə, bir də Allaha bəlli olan nə varsa, onunyaşadanı və qoruyanıyıq. Bu, sevginin boynumuza qoyduğu, ürəyimizə hopdurduğu əbədivə əzəli missiyadı. Deməli, istənilən halda onu biz ancaq baxışlarımızla,cizgilərimizlə və bir az kobud çıxsa da,ehtiyatlı hərəkətimizlə bir-birimizə xatırlada bilərik. Bu, xatırlatma deyil,bu, bildiyimizin unudulmadığını, yadımızda olduğunu "him" etməkdi. Yəqinki, nə dediyimi sən artıq qəbul etdin və əlavə şərhə ehtiyac qoymadın. Ona görə də:
Gəl gedək deyirsən,bir yerinmi var?
Ha getsəm dönəcəmözümə sarı.
Dünyanın sərhədisözdü içimdə,
Yenə dönəcəyəmsözümə sarı.
Doğrudan da bizbizdən hara çıxıb gedə bilərik? Doğrudan da sən məndən, mən səndən çıxıb hara gedə bilərəm ki? Bizimgetməyə başqa bir yerimiz, bir ünvanımız varmı? Getsək bizim dünyamızdağılmazmı? Getsən sənli dünyam viran olmazmı? Getsən mənli dünyan boşqalmazmı?
Mən bu suallarıelə-belə təkrar etmirəm. Mən bu sualları elə-belə qabartmıram. Çünki:
Qadın ağlayandaAllah ağlayır,
Allah ağladıqcayer-göy titrəyir.
İndi nədediyimi, o sualları niyə təkrar etdiyimi, yəqin ki, qəbul edirsən və məniqınamırsan, məni təkrarçılıqda qınamırsan. Bilirsən ki:
Üz-üzə gəlməyəüz olmayanda
Yuyulmazgünahlar görən kimindi?
Hə, mənə görəgünahsız bəndə yoxdu... mənə görə günahsız sevgi də yoxdu... mənə görə günahsızyaşam da yoxdu. Çünki şairlərimizdən biri mənim bu fikirlərimi poetik şəkildə təqribənbelə ifadə edib:
Məni sevməyənisevdiyim qədər,
Kaş məni sevənisevə biləydim.
Bəli, bu şərhimi,bu izahımı qəbul edib-etməmək sizin öz ixtiyarınızdadı. Amma mən demək istəyirəm ki, yazının əvvəlindəvurğuladığım o ipucunu, yəni sözün açarını, nəhayət ki, tapdım. Və bildim ki,bu dünyanın bütün gözəllikləri sözdə və səsdədi. İstənilən söz, istənilən səs hərşeyi təqdim edə bilir. Təki onu təqdim edən ürək olsun. Onda bu günahla birömrü rahat yaşamaq olar. Üstəlik, onda bilərsən ki:
İtirib gücünüdaşıya bilmir
Yaşamır, sürünüraldanan qadın.
...........................................
...........................................
Gözümün önündəyadından çıxıb
Bir naşı sevəninəlində qadın!!!
Demək mən öz qənaətimdən,öz duyğularımdan və öz sevgimdən çıxış edərək bildirdim ki, hər şey sözün içindədivə bütün gözə görünən, bizə təsir edən nə varsa, sözə, söz isə sevgiyə bürünüb.Və Allahın bizə pıçıldadığı söz, bizəhopdurduğu sevgi bizim içimizdə qovuşub gözəlliyin tərənnümünə, duyğuların ifadəsinəçevrilib. Bütün bunlar isə Allahımıza, anamıza və sevdiklərimizə ünvanlananböyük məhəbbətin, təbii ki, yarpaqlarıdı, zərrələridi, qığılcımlarıdı. Mən dəonları toplum halında bu 8 Mart günündə sevən və sevilən bütün xanımlara gül çələngikimi hədiyyə edirəm. Necə deyərlər, kasıbın olanından. Amma inanın ki, sözüniçində olan hamıdan varlıdı!!! Çünki o var Allahdan gəlib.
P.S. Bir dahabütün xanımları - evimizdə, ailəmizdə, çevrəmizdə, iş yerimizdə bizimlə olan zərifcinsin nümayəndələrini və paralel olaraq şeir dünyasına üz tutduğum Sona xanımVəliyevanı təbrik edirəm. Xanımlar, bayramınızmübarək!
ƏbülfətMƏDƏTOĞLU