adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
05 Mart 2016 13:20
30734
TEXNOLOGİYA
A- A+

28 min sayt bağlandı

Çin hökuməti pornoqrafik məzmunlu materiallara malik təxminən 15 milyon nəşri ləğv edilib və 28 min saytı bağlayıb.

Bu barədə bütün pornoqrafik məzmunlu və ya qeyri-qanuni nəşrlərə nəzarət edən milli xidmət bildirib.

Bu kampaniya 2016-cı il ərzində davam etdiriləcək. Planlaşdırılmış yoxlamaların ayrıca hissəsi məktəblərin yanında yerləşən mağazaları hədəf alacaq. Çünki bəzi satıcılar pornoqrafik məhsullarını komiks adı altında satır.

Xidmətin əsas hədəflərindən biri də onlayn oyunlara nəzarətin aparılmasıdır. Çünki son zamanlar cinayətkarlar pornoqrafik məzmunlu materialları MMORPG vasitəsilə yayırlar.

Bundan başqa, cinayətkarlar tez-tez bulud saxlanclarından istifadə etməyə başlayıblar ki, bunlar da istənilən növ faylları saxlamağa imkan verir.