“Biz həkim deyilik ki, ağrıyıq...”

ETİBAR CƏBRAYILOĞLU
53686 | 2016-03-04 19:01


Tanınmışyazıçı-publisist Loğman Rəşidzadənin fikrincə, məktub ədəbiyyatın ən utancaq vəən ruhsal balasıdır

 

Yazmağı,yaratmağı müqəddəs missiya hesab edən Loğman Rəşidzadənin özünü də bu ilahivəzifə üçün doğulanlardan saymaq olar. Həmişə bu cazibənin içində olanmüsahibim sovet dövrünün ən tirajlı qəzet və jurnallarında çalışıb,müstəqilliyimizin ilk illərində isə Prezidentin Mətbuat Xidmətində məsul vəzifədaşıyıb. Müxtəlif mövzularda və janrlarda yazdığı əsərləri, o cümlədən pyeslərihəmişə böyük maraqla qarşılanıb. Loğman Rəşidzadə həmişə ən çox oxunan, imzasıqəzet səhifələrində axtarılan publisistlərdən olub.

Hərbir yazını qələbə sayan müsahibim bu yaxınlarda iki möhtəşəm yazısı ilə həmsükutu pozdu, həm də gənc həmkarlarına sanki bir master-klass keçdi.     

 

 

- Loğman müəllim, çox uzun fasilədənsonra "Metamorfoz” və "Fobiya” ilə mətbuata qayıtdınız. Sükutu niyə məhz indipozmaq qərarına gəldiniz. Bəlkə sualı belə də verə bilərəm-qayıdış niyə buqədər yubandı?

-Şərq fəlsəfəsinin insan axtarıçılığında kamil insan anlayışı var, bir də nadaninsan. Bu postulatın qoyuluşunda çeşidli parametrlərin araşdırılması, məntiqiqaynaqların müzakirəsinin kifayət qədər çıxış nöqtələri var. Bu, düşüncə vədiskussiyalar üçün təbii ki, həm də açar rolu oynayır. Amma kəsə desək, insanəqli-intellektual, sosial-ictimai paralellərdə heç şübhəsiz qüsurludur. İnsankamilliyini, saflığını və bütövlüyünü ruhi müvazinətdə axtarmaq daha doğruolardı. İnsan kamilliyi ruhun möhtəşəm təcəllasındadır. Bunun ən mükəmməltəfsiri yenə də sufizmdədir. Ürfani hədd ruhun cilalanmasına söykənir. Kamillikdə ürfanlıqdadır. Ruhun cilalanması vektoral şəkildə insanınözünütəkmilləşdirməsindən, özünüdərkdən keçir. Ürfani mükəmməllik və özünüdərküzünüifadədədir. Başqa sözlə, yaradıcılıqdadır.

Yazıəhli heç şübhəsiz Böyük Yaradana bir köynək yaxın olanlardır. Yaradıcılıq,yaratmaq... Nəyi demək istəyirəm, müqəddəs missiya üçün doğulmuş insanlar çoxgüman ki, heç vaxt bu cazibədən çıxa bilmirlər. Ruhuna hopubsa, bundan qaçabilməyəcəksən. El arasında deyildiyi kimi, südlə giribsə, sümüklə çıxmalıdır.

Birdə ki, mən səhnəni heç vaxt tam tərk etməmişəm axı. Sadəcə, mətbuatda intensivgörünmürdüm. Bu, o demək deyildi ki, mən qələmin daşını birdəfəlik atmışam, yazmaqlaqurtarmışam. Ola bilsin obyektiv-subyektiv səbəblərdən arada müəyyən fasiləyaransın. Bu, ədəbiyyatdan heç də üz çevirmək, küsmək demək deyil. Hərçənd, LevTolstoy deyirdi ki, yaza bilmirsənsə, yazma, yazmadan da yaşamaq olar. Bu dahaqdır. Amma yazı üçün yarananlar mütləq yazır və yazmalıdır. Çap olunubolunmamaq, artıq başqa söhbətdir. Bəzən insanda gizlənmək, tənhalığa qapanmaqhəyati ehtiyaca çevrilir. Özünü gizlədirsən, yazdıqlarını gizlədirsən,cızma-qaralarını heç kimə göstərmək istəmirsən, hisslərini, fikirlərinibölüşmək istəmirsən. Sanki bütün bunları hamıya qısqanırsan. Beləliklə, tamtənha, azad yaşamaq, yazdıqlarınla təkcənə, baş-başa qalmaq istəyi... Bəlkə,çox mücərrəd və qeyri-səmimi görünər? Amma inan, elə hal olur ki, məhz belə birovqatla yaşamaq istəyirsən.

Necədeyim, bəlkə də bu, cəmiyyət içində öz cəmiyyətini, tənha, özgür həyatınıyaşamaq və yaratmaq istəyindən qaynaqlanır? Bəlkə də bu, intiqam hissidir.Oxucudan, həm də yazarın özü-özündən intiqam almaq duyğusudur, acıq çıxmadır?Bəzən insan buna haqq edir, özünü tam haqlı sayır. Axı həm də Maksim Qorkidemişkən: "İnsan intiqam almaq hüququna malikdir, bu hüququ ona insanlar verir”.Bu da çətindir axı... Tənhalıq yaradır, cəmiyyətə yadlaşırsan, özgələşirsən,pessimizmə yuvarlanırsan. Çağdaş zaman üçün heç də arzu olunan hal deyil. Yaradıcıadamın tənhalığı sakit, öz ilahi dünyasına qovuşmaq, müstəqil, yenilməz adasınıyaratmaq və bu adanın Robinzon Kruzosuna çevrilmək arzusudur.

- İndiki zamanda bir qədər qəribəarzudur...

-Çap olunmaq, fikir və düşüncələrini geniş kütlə ilə bölüşmək özü də elə uğurlucəhd deyil. Kaş heç bu ənənə olmayaydı, yazıçı naşirlərin sifətini görməyəydi,oxucunun buqələmun rəylərini, saxta mülahizələrini heç eşitməyəydi. İnsan onsuzda bir-biri üçün həmişə saxta və yad olub. O da qalmışdı oxucu... Nə yazırsanyaz, səni anlamayacaqlar, yaxud anlamaq istəməyəcəklər. Odur ki, buyazıçı-oxucu oyunundan, bu gizlənqaç vərdişindən qaçıb gizlənməkdən, başqasözlə, qorunmaqdan gözəl şey yoxdur.

Amma,neyləyəsən, adətdən, ənənədən, yazılmamış qanunlardan yaxa qurtarmaq olmur.İstər-istəməz sən də bu oyunların oyunçusuna çevrilirsən. Çap olunmaqqaydadırsa, sən də zorən bu çərçivədəsən. Karl Marks bəşəriyyətin inkişafqanunlarından bəhs edəndə yazırdı ki, cəmiyyətdə yaşayıb ondan kənarda qalmaqmümkün deyil. Yaxud Hegelin fikirlərini xatırlayaq: "Yer üzündə bəşəriyyətinicad etdiyi ən mənasız əyləncələrdən biri rəqs etməkdir. Amma, nə etməli, yaxşımusiqiyə mənim özüm də məmnuniyyətlə oynayıram”.   

Məsələburasındadır ki, əziz dostum, yazıda, yazılan hər bir əsərdə müəyyən birbakirəlik var. Yazıçının ilk sevgisi bəlkə də elə yazdığı əsərlərdir. Hər söz,hər cümlə  tək adamın təkbaşına özüylədialoqu, həsb-halı, bir az da mistik yanaşsaq, Tanrıyla söhbətidir. Hər birəsər elə ki, işıq üzünə çıxdı, ictimai mülkiyyətə çevrildi, artıq bakirəliyiniitirmiş olur. Bəlkə elə ona görədir ki, yazıçı iş prosesində öz duyğularının,hislərinin, başqa sözlə, ilhamının pik həddini yaşayır, ehtiraslarınınzirvəsində olur. Puşkin də deyirdi ki, insan yaradıcılıq anında özündən, adisəviyyəsindən beş dəfə yuxarı qalxır. Ekstazdan sonra bu müqəddəslik də öztaxtından düşür. Bəlkə elə ona görədir ki, yazıçılar sonradan öz əsərlərinioxumağa o qədər də meylli olmurlar. Yəqin buna görə də Markesin gücü ona çatıbki, "Yüz il tənhalıqda” romanını ekranlaşdırılmasına icazə verməyib və düşünübki, bu vasitə ilə romanın bakirəliyini az-çox qoruya bilib. Bu baxımdan NazimHikmət necə də gözəl və ağrılı deyir:

     

    Başımbulud-bulud köpük,

   İçim-çölüm dəniz.

   Mən bir ceviz ağacıyam 

                 Gülhanə parkında...

 

Bunuçox vaxt Vətən həsrəti, yurd sevgisinə yozurlar. Amma bu, çox uca, çox böyük,möhtəşəm və yenilməz tənhalıq nəğməsidir. Məğrur, əyilməz, dünyaya sığmayan, başqasözlə, dünyada öz dünyasını tapa bilməyən, bütün olaylarla, olmuşlarla vəolacaqlarla barışmayan, onlara üsyan edən tənha adamın tənhalıq nəğməsi:

 

     Nə sən bunun farkındasan,

     nə polis farkında...

 

Tapabilmədilər, tanıya bilmədilər Nazim Hikməti yaşam boyu. Nə təhtəlşüur Nazimi,nə şüurdan yuxarı, daha çox kosmik insanı heç kim görə bilmədi, tanıya bilmədi.Nə Vətəni, nə həmvətənləri, nə arvad-uşağı, nə dost-tanışı, nə "din” bildiyikommunizm, nə də qoca, müdrik, çürüməkdə olan bəşəriyyət. Heç kim onunla dərdbölə bilmədi, sevinc bölə bilmədi, dərd-sər ortağı ola bilmədi. Çünki məğrur,yenilməz və tənha adam idi, milyonların içində özü idi. Bəlkə elə ona görə bugün də onun şeirlərini yanlış yozurlar, mayasına, nüvəsinə gedib çıxa bilmirlər.Nazimin özünü tapa bilmirlər, onun şeirlərində yaşayan tənha obrazını kəşf edəbilmirlər. Bu şeirlərdə hər kəs özünü tapa bilir, amma Nazim Hikməti yox. Bəlkədə hikmət elə bundandır? Onda bu şeirlər nə üçün yazılıb?

- Fürsət düşmüşkən bəlkə elə bu sualacavab axtaraq...

-Açılım budur ki, yazıçı özü üçün yazır, nə yazdığını özü bilir, oxucu isəyalnız fəhm edir. Kim fəhm edir, qoy etsin, kim nə yozur, qoy yozsun...Yazıçılığın da sirri gizlində və müəmmadadır...

Beləbir bəşəri təcrübə də var axı-məktub... Epistolyar janrın ən gözəl nümunəsiolan məktub, yaxud  da məktublaşmaq.Məktub ədəbiyyatın ən utancaq, ən ruhsal balasıdır. Bu, iki adamın bir-biri iləməhrəm söhbəti, səmimi, munis dialoqudur. Bax, əsl bakirə ədəbiyyat budur.Kütləviləşməmiş, ictimailəşməmiş, təravətini itirməmiş sözlər, fikirlər, duyğuvə düşüncələr... İki adama məxsus bir özəl dünya. İki adam bir-birini dahayaxşı başa düşür axı... Həm də bir-birinə daha səmimi və isti sözlər deyəbilirsən axı, məktubda. Bəzən üz-üzə, göz-gözə ürək eləyib deyə bilmədiklərində məktubların səmimi aynasında son dərəcə doğal görünür. İş o yerə çatıb ki, həttabaşqasının məktubunu oxumaq ayıb sayılıb. Bu məqamda yaxın qohumum, dostum, gözəlziyalı, ədəbiyyat sevdalısı Yusif İldırımzadənin adını çəkməyə bilmirəm, onunməktub sevgisindən danışmaya bilmirəm. Bəlkə də Yusif müəllimin məktubsəmimiyyətinə vurğunluğu özünün son dərəcə səmimi insan olmasından qaynaqlanır?Onun "Məktub” adında maraqlı bir kitabı çap olunub, "Anama məktublar” adlıisti, munis və ruhsal ədəbi-bədii esseləri də kitab halında işıq üzü görüb.Görünür, bu dünyada, ya o dünyada olsun, anaya yalnız məktub yazmaq olar. Anayaməhəbbətin böyük səmimiyyətini yalnız məktubda göstərmək olar... Amma təəssüfki, elmi-texniki tərəqqi bu gözəl ədəbi janrın da axırına çıxdı.   

- Yazıların hər ikisi dostunuz MəzahirƏhmədoğlu ilə bu və ya digər şəkildə bağlıdı. Niyə məhz Məzahir Əhmədoğlu?

-Əvvəla onu deyim ki, biz dostuq. Bəlkə də dost anlayışı qədər də mübahisəliistilah yoxdur. Hərə bir yerə yozur, lakin dostluq məncə daha çox cəfadır. Səndostun bütün ağrılarını, qayğılarını, duyğu və düşüncələrini hiss eləməli vəbölüşməlisən. Odur ki, dostluq sevincdən daha çox ağrıdır. Başqa sözlə, insanöz ağrısını necə hiss edirsə, dostunu da eləcə hiss eləməlidir. Elə-belədemirlər ki, ağrıyırsansa, demək yaşayırsan. Dostla nəfəs almalı, yaşamalısan. Buruhi yaxınlıq, bu mistik duyğular səni bihudəlikdən qoruyur. Bu şüurdan yuxarı,kosmik hiss, müasirlərin təbirincə desək, metafozik hal bir canda təcəlla edir.Dostlar əslində əkizlər kimidir. Əkizlərdən biri dünyanın bu başında, digəri obaşında olanda da birinin ağrısı, o birinin sümüyünü sızladır. Dostluqbir-birini hiss etmək, bir-birini yaratmaq, kəşf etmək, bir-birinizənginləşdirmək və qorumaqdır. Belə çıxır ki, dostluq deyilən nəsnə bir akkumulyator,enerji mənbəyidir. Məzahirlə münasibətlərimdə bu duyğuları, bu hissi, emosiyaları,ruhi təlatümləri yaşayıram. Onun əzəmətli və möhtəşəm ruhunu və mənəvidünyasını öz içimdə, öz yaşantılarımda yaxşı duyuram. Bu, çox doğma hissdir.Belə düşünürəm ki, bu həm də diferensialdır. Məzahir də mənimlə birvektordadır, eyni hissi landşafdadır. O, bəlkə yeganə adamlardan biridir ki, mənətəsir edə bilir, mənim müəyyən ölmüş, yaxud mürgü döyən duyğularımı oyada, tərpədəbilir. Məzahir jurnalistikanın əbədi romantikidir. Onun söhbətlərindən,yazılarından, həyata münasibətindən məndə emosional yaddaş, ruhi oyanıştoplanır. Bu daha çox ilahi rabitəyə, doğal əlaqəyə bənzəyir. Mən demirəm, bizbir-birimizə nəyisə öyrədirik, bir-birimizi nəyəsə təhrik, yaxud məcbur edirik.Biz sadəcə, dediyim kimi, bir-birimizi yaradır və zənginləşdirə bilirik.Adətən, mən yazı yazmazdan öncə deyək ki, beş gün, üç gün vurnuxuram, özümüora-bura vururam, bütün kənar, avara və səfeh işlərlə başımı qatıram ki,kağız-qələmə yaxın düşməyim. Açığı, yazıçılıq, yazı prosesi özü də bir ibadət,ritualdır. Odur ki, müqəddəs olduğu qədər də vahiməlidir. Məndə həmişə ilkcümləni yazmaq fobiyası olub. Çətini birinci cümlədir, o yazılan kimi, sankibütün yazı hazırdır. Bəzən görürsən ki, Məzahirlə bir telefon danışığında bucümləni tapıram. Yəni onunla adi söhbətlərdə bu adam məni kökləyə bilir.

Adətənbelə vurnuxma ovqatında sevdiyim yazıçıların əsərlərini oxuyuram, klassik rəsməsərlərinə baxıram, yaxud musiqi dinləyirəm. Belə məqamlarda Məzahirin dəyazılarını oxuyuram. Bunlar məni daxilən oyadır, kökləyir. "Fobiya”da da beləoldu. Məzahir haqqında "Matamorfoz” təzəcə çap olunmuşdu. Bir dəfə oturubmüzakirə edirdik, dedi ki, dayanma, tənbəllik eləmə, yeni şeylər yaz. Onun busözləri çox ürəyimə yatdı. Necə deyərlər, vur demək, vurmaqdan irəlidir. Oərəfədə cəmiyyətdə, insanda qorxu hissinin yaratdığı keyfiyyətlər vətəbəddülatlar barədə düşünürdüm. Sözarası bu barədə də Məzahirlə danışdım. Dediki, bunu mütləq yazmaq lazımdı. Sonralar da əl çəkmədi, hər görəndə, telefonzənglərində "Fobiya” nə oldu?”, – deyə soruşdu. Bezdirdi məni, axır ki, sonnəticədə yazıb canımı qurtardım.       

- Bu gün publisistikanın meydanıdaralıb. Qəzetlər bu janra o qədər də maraq göstərmirlər. İnternet mediasınındərdi başqadı - kriminal xəbərləri, şou aləmindəki dedi-qoduları tirajlayır. Birzamanların ən tələb olunan publisistlərindən biri Loğman Rəşidzadənindüşüncələrini bilmək maraqlı olardı...

-Səninlə razıyam. Bu gün jurnalistikanın havası çox bulanıq, tutqun vədumanlıdır. Belə yerdə publisistika, səncə, yada düşərmi? Bunun səbəbləriçoxdur. Əvvəla, peşəkarlıq anlayışı çox sozalıb, əriyib, hətta itib gedib. Elmisalı var- "Sürü geri dönəndə axsaq qoyun qabağa düşər”. "Dərə xəlvət, tülkübəy” məsələmiz də var.

Çağdaşjurnalistika dünyasının qapıları hamının üzünə taybatay açıldı. Baytar,zootexnik, mexanizator, həkim, aqronom, hamısı vərrəmə sıravi jurnalist də yox,baş redaktor oldu. Hərə cibinə bir qırmızı vəsiqə qoyub ac qurd kimi daraşdıcəmiyyətin və millətin canına. Cəmiyyətdəki bütün uğursuz adamlar, avara vətüfeylilər asan qazanc yolu tapdı. Abırlı, ziyalı, qələmli jurnalistlərinəksəriyyəti isə pərən-pərən düşdü. Necə deyərlər, məscidin qapıları açıldı,köpəklərdə isə həya olmadı, dürtüldülər bu müqəddəs ocağa... Yeri gəlmişkən,Məzahir Əhmədoğlunun da bu barədə xeyli yazıları var.

Beləyerdə publisistikadan söhbət etmək olarmı? Məhz elə buna görə də zənginpublisist düşüncəli, geniş və dərin təhlilli yazılar qəzet səhifələrindən qeybəçəkilib. Ümumiyyətlə,  bu gün mediadajurnalistikanın klassik janrları yox dərəcəsindədir. Nə reportaj var, nə oçerk,nə felyeton, nə zarisovka...

Bəlkəbu dediklərimə arxaik təfəkkür kimi yanaşanlar olacaq, yaxud sovet dövrünün nostalgiyasıhesab edənlər tapılacaq. Amma bir şey var ki, bu janrlar heç də sovet  dövrü ruhunun məsulu deyildi. Bunun tarixiAvropada ictimai inkişafın tarixi ilə ekvivalentdir. Bunun tarixi Russonun,Volterin mübarizə tarixidir. Bunun tarixi Baböfün, Maratın, Robespyerininqilabi tərcümeyi-halının əks-sədasıdır. Jurnalist qələmi tarix yazıb,inqilablar edib, tarixin təkərini irəli aparıb, iqtisadi-ictimai formasiyalarındəyişdirilməsində mütləq rol oynayıb. Təsadüfi deyil ki, XVI Lüdovik həbsxanadaVolterin və Russonun əsərlərini oxuyandan sonra belə deyib: "Fransanı,Burbonlar sülaləsini bu iki adam dağıtdı”.

Jurnalistikanıngücü budur, əziz dostum. Biz isə bu qüdrətli vasitəni çox təəssüf ki, reketə,quldurluq silahına, şantaj vasitəsinə çevirmişik.

- Niyə belə hesab edirsiniz ki,həqiqət neqativdədir, pozitiv onu tapmaq, aşkarlamaq üçündür...

-Belə düşünürəm ki, "Fobiya”da bu barədə fikirlərimi müəyyən qədər bölüşmüşəm.Şübhəsiz, bu mülahizələri kifayət qədər genişləndirmək olar. Fikirpaylaşdığımız həmkarlarımızdan bəziləri bunun kosmik təsəvvürlər, metafizikdüşüncələr də hesab edir. Sözsüz ki, fəlsəfi və estetik təfəkkürün sərhədləriüfüq həddindədir. Adi məişətdən tutmuş ruhi özvayımıza kimi şüuraltı və kosmiktəsəvvürlərimizə qədər həqiqətimiz neqativdə, gizlində, sirdədir. Və bu müəyyənhəddə qədər açılır, pozitivləşir, üzə çıxır. Amma tam halda bütün bəşəriyyət vəinsan sirdə, gizlindədir. Bu, qeyd etdiyimiz kimi, təkcə mürəkkəb, çoxrəngli vəçoxşaxəli ruhi təbəddülatlarda təcəlla etmir, ən adi məişətdə, gündəlikqayğılarda da özünü göstərir. Adicə yer qazan fəhlə, daş hörən usta nə biləsəniçində nə yaşadır, nə düşünür, nə arzulayır, nə hayqırır?

Bizüz-üzə oturub söhbətləşirik, içimizdə isə ayrı-ayrı dünyadayıq- bir-birimizdənxəbərsiz. Odur ki, insan həm özü, həm də özgələr üçün həmişə müəmma olaraqqalacaq. Bu mənada əsl həqiqət neqativdədir. Hətta insanın dili də buna xidmətedir. Təsadüfi deyil ki, Həzrət Əli "İnsan dilinin altında gizlənir”-deyir.

İnsantəkcə dilinin altında deyil, hər şeydə qaranlıqdadır. Bu barədə nə qədər desəndiskussiya aparmaq olar, bəlkə saxlayaq bir başqa vaxta?

- Əsrlər bir-birini əvəz edir, ictimaiformasiyalar dəyişir, amma yenə də cəmiyyət azad və üsyankar ruhlu adamlarısevmir. Niyə?

-Elə bu barədə də "Fobiya”da bəhs etmişəm. Həyatda hər şey dəyişir, hər şeyinkişafda və ya tənəzzüldədir. Yəni hərəkət əbədidir. Min illər ərzində,alimlərin təbirincə, hətta yerin quruluşu dəyişir. Zaman və məkandadeformasiyalar əmələ gəlir, ən ağır, ən ləng dəyişmələr, təbəddülatlar cəmiyyətəməxsusdur. Cəmiyyət rahatlıq axtarır, bu, bir az da  tənbəlliyə gətirib çıxarır. Heç kim istiyuvasını tərk etmək istəmir. Hətta modernləşməni, yeniliyi, adi modadəyişkənliyini də insan qısqanclıqla qarşılayır. Çünki bu, cəmiyyətin təbiətindədir.Cəmiyyət hər cür dəyişikliyə qarşı pedantdır.

Üsyankarruhlu insanlar isə daima hərəkətdə, əbədi fəaliyyətdədir, yenilik axtarır,durğunluqla barışmır, cəmiyyəti dəyişmək və inkişaf etdirmək uğrunda mücadiləedirlər. Bu da təbii ki, təkəbbürlü və pedant xislətli cəmiyyətləri qane etmir.Çünki onlar axına qarşı gedirlər. Odur ki, cəmiyyət belə üsyankar ruhluinsanları sevmir. Amma bu da var ki, alman tarixçisi, ədəbiyyat üzrə Nobelödülü alan Teodor Momzen demişkən, gələcək nəsillər zamanın axarına qarşı gedəninsanların qədrini bilməlidir.

- Yaşımızın müəyyən dövrü sovet dövrünədüşüb. Sizdə bir az çox, məndə nisbətən az. O dövrdə oxucu jurnalistdən fədəkarlıqgözləyirdi, lakin özü də müəyyən fədəkarlıq edirdi. Tutaq ki, qəzeti, jurnalıalırdı, abunə olurdu... Bu gün də oxucu jurnalistdən, ümumən mətbuatdan fədəkarlıqtələb edir, amma özü adekvat addım atmaq istəmir...

-İndi təxminən hamı sovet dövrünün senzurasından, ideoloji basqısından yazır.Biz Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qəzeti olan "Sovetkəndi”ndə

heçvaxt belə ideoloji basqılarla, təzyiqlərlə, yaxud sərhədlərlə üzləşməmişik.Həmişə azad ruhlu yazılar yazmışıq. Bəlkə bu, unudulmaz redaktorumuz,müəllimimiz Nəriman Zeynalovun demokratik təbiətindən, yaradıcı ruhundan qaynaqlanırdı?Onun bir şah sözü vardı, tez-tez təkrar edirdi ki, hər bir qəzet redaktorunsimasıdır.

MənMərkəzi Komitənin "Kənd həyatı” jurnalının baş redaktoru olanda partiyanın bəziqərarlarını təftiş edir, ona şərhlər verir, bəzən də onu hətta, tənqid edirdik.Düzdür, bütün bunlar bəzi söz-söhbətlər yaradırdı, amma ciddi təpkilərdoğurmurdu. O vaxt Məzahir Əhmədoğlu da bizimlə bir yerdə çalışırdı, o da bunutəsdiq edə bilər.

Dediyimodur ki, biz sovet dövrünün, ümumiyyətlə isə hər şeyin pisiylə yanaşı yaxşısınıda görməyə meyilli olmalıyıq.   

- Fədəkarlıq edib növbəti yazını nə zamanyazacaqsınız?

-Yazıçı hər dəfə yaxşı bir şey yazanda, uğurlu əsər ortaya qoyanda uzun müddətkağız-qələmə yaxın düşə bilmir. Bu, ağrılı bir hissdir. Çexov demişkən, yazıçıcəmiyyətin həkimi yox, ağrısıdır.

Kağızüzərinə əyilmək səcdəyə getmək kimi bir şeydir. Bu müqəddəs hiss bir az daqorxu və təşviş duyğularıyla izlənir. Alınacaqmı? Yaxud özünü yenə də ötüb keçəbiləcəksənmi? İçindəki sədləri və sərhədləri poza biləcəksənmi?

Həryeni əsərə başlamaq istəyi, yeni bir fobiya yaşamaqdır. Məğlub olmaqqorxusudu...

Ammacanını saran bu qorxu hissinin özü də məşum bir cazibəylə səni doğma işinəşirnikləşdirir. Bəlkə elə Folkner yazıçılığı məğlubiyyət adlandıranda bu hissinəzərdə tutub? Hər yazı bir qələbədir. Və yeni bir yazıya başlamaqməğlubiyyətinin fobiyası. Bu məqamı düzgün tutmusan, doğrudan da hər yeni yazıyeni bir fədəkarlıqdır.

 


TƏQVİM / ARXİV