Günahkarın günahsızlığı

ƏBÜLFƏT MƏDƏTOĞLU
33455 | 2016-03-04 17:57

Mənim düşüncəməvə hətta belə demək mümkünsə inancıma görə, həyatı mənalı edən şərtlərdən biridə qarşılıqlı anlaşma, qarşılıqlı diqqət və səmimiyyətdi. Yəni insan bir varlıqolmaq etibarı ilə qarşısındakına anlayışgöstərirsə, hətta sevmədiyi insana belə etika xatirinə normal yanaşmağıbacarırsa, bu həm böyüklükdü, həm də özünün kimliyini büruzə vermək, göstərmək.Çox təəssüf ki, bugünkü cəmiyyətdə o qədər mizan-tərəzi pozulub ki, azacıqmaddi durumu diqqət çəkən birisi özünün əxlaqını da, insanlığını da tamamunudur və qarşısındakına loru dildə desəm, yuxarıdan aşağı elə baxır ki, heç dəvədə nalbəndə elə baxmayıb və baxmaz da!!!

Amma başqasındancibindəki beş manatı ilə fərqlənən insan siyahısında adı gedən adamcığaz isəmin dəfələrlə özündən dəyərli, özündən şəxsiyyətli, özündən dünya görüşlünü, əxlaqlınıtapdalayıb üstündən keçmək istəyir. Çünki onu havalandıran həmin o beş manatdı.Cibindəki düşüb itsə, o, bütünlüklə yumuşaq desək, həşəratın səviyyəsinə enəcək.Bir az da yumuşaq desək, o qədər cildlərə, maskalara bürünəcək ki, onunkimliyi, nəliyi belə heç kim üçün maraq doğurmayacaq. Çünki o, özü öz taleyini müəyyənləşdirib qərarını veribdi.Ona görə də anlayışlı, diqqətli, səmimi olmaq normaları da elə normal insanlarüçün müəyyənləşib, yazılıbdı. Bax mən də bu adi, həm də normaya çevrilən şərtləriniçərisində yaşamağın həyatı necə mənalı etdiyini zaman-zaman müşahidə etmişəm vəgörmüşəm ki, məhz anlayışlı adamların arasında özümü nə qədər rahat və nə qədərdə güvənli hiss edirəm. Çünki çevrəmdəki ürəyimcə olan adamlar, insanlardı. Vəsizlərin də belə bir çevrədə, belə bir nöqtədə olmağınızı təbii ki, öz ürəyiminölçüləri ilə dəyərləndirib bir az da sizə yaxınlaşmağa həmişə cəhd etmişəm. Lakin...

Bəli, biz nədənsəhər hansı bir durumu, nöqsanı qiymətləndirmək, ona münasibəti ifadə etmək istəyəndədaha çox zamanı qınayırıq, zamanı ittiham edirik. Və hətta özümüzdən bir qarğış da icad etmişik. Əsəblərimizi cilovlaya bilməyəndədeyirik "zəmanəniz dağılsın!". Amma heç, nə özümüz özümüzə, nə zəmanəbizə sual vermir ki, axı niyə, mənim günahım nədi? Təbii ki, bu məqamdahardansa ağlıma şeytanın balası ilə söhbəti gəlib düşür. Amma bu da mənə haqqvermir ki, zəmanəni qınayım. Ən azından ona görə ki, bu zəmanənin ənkiçik, heç mikroskop altında görünməyənhissəciklərindən biri də Mənəm, Sənsən, Odu! Deməli, zəmanəyə aid günahlardabizim də payımız var. Ya biz yerimizdə deyilik, ya da yerimiz bizdə deyil. Onagörə də istənilən ittihamı səsləndirəndə onun parametrlərini götür-qoy etmək,ölçüb-biçmək lazımdır ki, sonra dizinə-başına döyməyəsən, sonrakı peşmançılığıyaşamayasan...

Təbii ki, baxbütün bu dediklərim, ifadə etdiklərim mənim yazımın əsas qayəsini, yənianlayışa və diqqətə aid düşüncələrimi təqdim etmək üçündür. Bir növü bu körpüdənkeçib həmin o dediyim mövzuya tərəf getmək istəyimdi. Mövzuya tərəf gedən yoluaçmaq isə o qədər də asan deyil. Çünki mövzununadı - yəni anlayış və səmimiyyətin özü həm də mənim fikirlərimin, düşüncələrimino mahiyyətini, o ruhunu ifadə etməli,onu bütünlüklə açıb göstərməlidi, ona xidmət etməlidi. Birmənalı şəkildə mənimiç dünyamla çöl dünyam, mövcudluğumla yaşamım bütün parametrləri ilə sərgilənməlidi.Oxucu görməlidi, duymalıdı, hətta əli ilə toxunub hiss etməlidi ki, yazılanlayazan bir bütövlükdü, bir tamlıqdı. Sadəcə biri yazır, biri də yazılanı özündədaşıyır...

Hə, bütün buqarmaqarışıq, bir az da pafos hopmuş fikirlərin içərisində mən anlayışla səmimiyyətəsöykənib etiraf etmək istəyirəm ki, sözün bütün mənalarında özümü duyğulara,xüsusilə sənə aid olan duyğulara elə kökləmişəm ki, o duyğuları məndən, o kökdənqoparsalar, mən də olmayacam. Çünki köklənmək kökün özünün tələbidi. Deməli, mənsadəcə köklənməmişəm, həm də kökün özünə çevrilmişəm. Ona görə də:


Üfürərək bukülün

Qorunu od edirəm...

Mənbir dəli sevgini -

Özüməad edirəm...


Sənligünlərim yazdı

Ürəyimsəndən yazdı...

Hərgün görüşmək azdı -

Mənbundan dad edirəm...


Şəkillərəbaxıram

Gözüməan yığıram...

Gedibhara çıxıram -

Nələriyad edirəm?!


Qəmtaxtını devirib

Canıqəmdən sivirib...

Birsalavat çevirib -

Ruhumuşad edirəm!..


***

Hə,qarşıda bir neçə gün qalıb. İstəsəniz barmaqsayı da deyə bilərəm. İstəməsənizadını çəkərəm. Yəni bütün hallarda mövzu həmin o günün güclü cinsə nə qədər önəmliolduğunu xatırlatmaq mahiyyətini daşıyır. Mən hiss etdirmək istəyirəm ki,qarşıda qalan bu bir neçə gün əslində bizlərin, yəni güclü cinsintoparlanmasına bir fürsətdi, götür-qoy etmək üçün bir zaman kəsiyidi. Və biz dəbu fürsətdən, bu zaman kəsiyindən təbii ki, təkcə istəyimizə görə yox, həm dəimkanımıza görə yararlanmalıyıq. Çünki bu gün istəyi ilə imkanı üst-üstə düşəngüclü cinsin nümayəndələri yetərsay təşkil etmir və boyundan yuxarı da atlanıbonurğasını sındırmaq o qədər də yaxşı hal deyil. Ən yaxşısı elə cibinə vəboyuna görə hərəkət etməkdi. Onda olanı, gerçəyi qəbul edəcəklər...

Uzunmüddətdir ki, öz-özümə çək-çevir edirəm. Yəni ələyib ələkdən keçirməyəçalışıram. Mən hardasa müəyyən mənada qardaş Türkiyədə Analar günü adını, təqdimatını və yaxud formatını qəbuletmək istəyirəm. Lakin digər xanımları, xüsusilə qız çocuqları düşünəndə bir az tərəddüd edirəm. Ona görə 8 Mart təqdimatınımüəyyən qədər uğurlu sayıram. Lakin bunun hər ikisinin içərisində mənə həmdoğma gələn, həm də qəbul etmədiyim ayrı-ayrı nüanslar da var. Belə ki, Analar günü ifadəsi çox uğurlutapıntıdı. Amma onun bir günə sığışdırılması mənə görə doğru deyil. Çünki düşünən,anlayışlı, diqqətli olan istənilən insanın anasız günü yoxdu və kiminsə anasızgününün olmasını heç arzu etmirəm. Hətta dünyasını dəyişən analarımız da ruhənhər gün bizimlə bir yerdədi. 8 Martın da günlərin içində fərqlənməsi uğurludu.Ancaq o günün mənə çatmayan bir tərəfi də sırf qadınlar günü kimi təqdimolunmasıdı. Məni doğru qəbul edin, bizim qız cocuqlarımız bəs nə olsun? Məgərbu bayramdan, bu gündən onlara pay düşmür?

Bax, bütünbunları düşünə-düşünə bir qərar qəbul etmək, bir ortaq məxrəcə gəlmək mənə nə qədərçətin olsa da, hətta bilgisayar yazarımızla mövzu barədə mübahisə etsək belə, mənözlüyümdə bu günü Zərif Cinsin günü kimi qəbul edirəm. Kim mənimlə razılaşır vəyaxud da razılaşmır, canı sağ olsun. Əsas odur ki, mən necə duyuram, necədüşünürəm məsələnin mahiyyətinə də o cür münasibətimi ifadə edirəm. Demək istəyirəmki, dünyanı təkcə gözəllik yox, həm də zərif cinsin güclü cinsə olan ölçüsüzsevigisi xilas edəcəkdi. Bu elə bir sevgidi ki, mənə görə o, yerin cazibə qüvvəsindəndəfələrlə artıqdı. Və bu bütün ölçüləri aşıb keçən sevgi sözü dəqanadlandırır... istedadı da üzə çıxarır... qaranlıq dünyaya işıq da saçır... Hətta:


Ürəyimdə sənhamıdan üstəsən

Bu ürəkdən özpayını istə sən!

Daldalanmaq, yaqorunmaq istəsən -

Kirpiyimin çətirinəgəl, sığın!..


Gözlərinlə say ləçəyintər gülün

Dodağınladodağımın dər gülün...

Sən oxşamaq istədiyinhər gülün -

Çəkinmədən ətirinəgəl sığın!


Diqqət yetir busəsə, bu sədaya

Odsalmısan ürək adlı odaya!

Təkcəsənə aid olan adaya -

Əbülfətinxətirinə gəl, sığın!


***

Heçkim günahdan sığortalanmayıb, heç kim də günahlarını yumaq üçün öz sığortasınıtəqdim etmək gücündə deyil. Üstəlik də günahsızlıq anlayışı yalnız bir ünvanaaiddi. Ona görə də o ünvanın verdiyi, bağışladığı və yaxud da alnımıza yazdığıhər nədisə biz sənli-mənli onu öz duyğularımızla, öz düşüncəmizlə və nəhayət özəxlaqımızla cilalayıb elə yaşamalı, elə təqdim etməliyik ki, ondan bir başqasızərər görməsin. Yəni bizim mövcudluğumuz başqa bir kimsəninsə mövcudluğunu sualaltına salmasın. Elə bu yerdə çox sevdiyim bir filmimizi, "Bəyinoğurlanması" filmini xatırlayıram. Orada çox işıqlı, çox oturuşmuş, sözünbütün mənalarında Azərbaycan tamaşaçısının, kinosunun və teatrının yaddaşınayazılmış rəhmətlik Yaşar Nurinin bir frazası tez-tez yaddaşımda təzələnir.Etiraf edim ki, bu çox uğurlu bir tapıntı, uğurlu bir deyimdi. Ssenari müəllififikrin alt qatını tamaşaçıya çatdırmaq üçün onu çox dəqiq tapıbdı. Qız atasıİsrafilin rolunu canlandıran Yaşar Nuri deyir: "Siz deyən xoşbəxt ailə gələcəyinbaşqa bir xoşbəxt ailəsini dağıda bilər".

Bax,bu prizmadan baxanda şəxsən mən az qala bütün özümü dərk etdiyim zaman kəsiyinibir-birinə vururam, altını üstünə çevirirəm. Harda kimin xoş anına, xoş saatınamane ola biləcək hansısa bir hərəkətimi, bir addımımı tapıb ortaya çıxarmaq istəyirəm.Şükürlər olsun ki, (bu özünü reklama görə oxucudan üzr istəyirəm - Ə.M.) beləbir halla qarşılaşmıram. Deməli, hələ ki, nə özüm, nə duyğularım, nə hərəkətlərimkiminsə xoşbəxt bugününə, gələcəyinə kölgə salmır, mane olmur. Əksinə, mənəiçimin pıçıldadığına görə duyğularım, sevgi etiraflarım, kimlərinsə azacıq daolsa çırağına neft tökür, onun daha gur, daha alovlu yanıb işıq saçmasınayardımçı olur. Bu da onu göstərir ki, ürəyinin, dilinin, gözünün dediyini, istədiyiniolduğu kimi ürəyinlə, gözünlə, dilinlə səsləndirib etiraf etməlisən. Və həyatınən böyük ədaləti və ən böyük gerçəyi də məhz bu etirafdan keçir. Özü də o ana qədər ki, onu etiraf edənlə,o etirafı qəbul edən bir nöqtədə anlaşır, bir nöqtədə vahidləşir, eyniləşir.Çünki:


Günahlandırmaq,

günahkar saymaq

sonrada

için-için

ürəyin

qabığınısoymaq

hərişdən

asan...

amma

özünü

güzgüdəgörmək

özünü

özünlə

bərabərbölmək

günahkarla

ittihamçını

qarşılaşdırıb

gerçəyibilmək -

asandanda asandı

təbiiki,

istək

içdənolsa!

ayməni

kipriyindənasan

hansıdı

dahaasan...


Hə,yazının əvvəlində də, ortasında da, sonunda da yəqin hiss etdiniz, hər şey, hərməqam sevgini önə çəkirdi. Diqqəti, duyğuları, anlayışı qabardırdı. Deməli, buda onu göstərir ki, bu yazı dolayısı ilə sevənlər üçün Analar gününü, sevənlərgününü və nəhayət ananı, sevgini, bütün xanımları özündə birləşdirən zərifcinsin gününü diqqətə təqdim etməyə yönəlmişdi. Mən içimdən gələn bir istəklə ogünü qabartmağa çalışdım və istədim ki, bu yazı obrazlı desək, sözlə, duyğuylavarlı olan qarşı cinsin bayram təbriki kimi qarşılansın, oxunsun. Və zərif cinsdə burdakı müəyyən kədərli, müəyyən incik notları diqqətə almasın. Ən azındanona görə ki, istər bayram, istər də digər günlərdə biz hamımız bu zamanın içindəyik.Və bu zaman bizim boyumuza biçildiyi kimi, bizi də öz boynuna biçibdi. Bizondan ən yaxşı halda bir iynə boyu uzaqlaşa bilərik. Qalan bütün hallarda bizelə hamımız sevginin xidmətindəyik, sevginin qulluğundayıq. Axı bizi yaşadan odu!


Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV