adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
03 Mart 2016 14:37
20861
TEXNOLOGİYA
A- A+

“WhatsApp”da yeni funksiya

"Facebook” şirkətinə məxsus "WhatsApp” messenceri sənəd göndərmək funksiyasını əlavə edib.

Hazırda əlavə ancaq PDF-faylların göndərilməsini dəstəkləyir. Ancaq tərtibatçılar zamanla bura daha populyar formatların da əlavə olunmasını planlaşdırırlar.

Messencerin qurucularının sözlərinə görə, faylların mübadiləsi "WhatsApp”da xeyli əvvəl yaradılıb. Ancaq istifadəçilər dostları və tanışları ilə sənədlərin mübadiləsini bölüşə bilmədiklərindən şikayət edirdilər. Yuxarıda adıçəkilən funksiyanın tətbiq olunmasına "Facebook”a elə bu təkan verib.

Güman edilir ki, bu funksiya bizneslə məşğul olan insanlar arasında olduqca populyar olacaq. Onlar tərəfdaşlarına lazımi məlumatları smartfonun köməyi ilə ötürə biləcəklər.