adalet.az header logo
  • Bakı 20°C
29 Fevral 2016 17:38
70948
AVTOMABİL
A- A+

4 avtobus cərimə meydançasına aparıldı

Dünən 100-dən artıq avtobus sürücüsü inzibati məsuliyyətə cəlb edilib

Son günlərdə Bakıda sərnişin avtobusları ölümlə nəticələnən bir neçə yol qəzası törədib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, yol polisi tərəfindən sərnişindaşımada nizam-intizamın yaradılması ilə bağlı tədbirlər həyata keçirilir: "Təkcə dünən yol polisi tərəfindən 100-dən artıq avtobus sürücüsü inzibati məsuliyyətə cəlb edilib. Həmçinin 4 sərnişin avtobusu xətdən çıxarılaraq cərimə meydançasına aparılıb. Avtobuslarla bağlı qanun pozuntuları əsasən dayanacaqdan kənarda saxlama, səs siqnalları və manevrlərlə bağlıdır. Bundan sonra da hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə tədbirlər davam etdiriləcək".

V.Əsədov əlavə edib ki, bu ilin ilk iki ayında paytaxtda yol qəzalarının statistikası keçən ilin eyni dövrü ilə müqayisədə çox müsbətdir: "Yanvarın 1-dən bu günədək Bakıda 77 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 13 nəfər ölüb, 89 nəfər isə yaralanıb. Beləliklə, keçən ilin eyni dövrü ilə müqayisədə hadisələrin sayı 38, ölüm hallarının sayı 23, yaralananların sayı isə 32 nəfər azalıb".

Yol polisi rəsmisi onu da bildirib ki, son günlərdə sərnişin avtobuslarının iştirakı ilə baş verən qəzalar bu istiqamətdə əlavə tədbirlərin görülməsini zəruri edir.