adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 Fevral 2016 17:19
30693
TEXNOLOGİYA
A- A+

“Apple” təqdimatını təxirə saldı

"Apple” korporasiyası yeni məhsullarının təqdimatını təxirə salıb.

Tədbir martın 21-də və ya bu tarixdən bir həftə sonra baş tutacaq. Şirkət hələlik informasiyanı təsdiqləməsə də, təqdimatın əvvəlcədən nəzərdə tutulan 15 mart tarixində keçirilməyəcəyi dəqiqdir.

"Apple” mart təqdimatında tam yeni məhsullarını yox, mövcud cihazların işlənmiş və təkmilləşdirilmiş yeni versiyalarını təqdim etməyə hazırlaşır. Onların arasında "iPhone 5” seriyasından olan və xeyli gücləndirilmiş 4 düymlük "iPhone 5 SE” (yaxud "iPhone SE”) də olacaq. 9,7 diaqonala malik yenilənmiş "iPad”in təqdim olunacağı da gözlənilir.

Qeyd edək ki, "Apple” yüksək texnologiyalı avtomobil layihəsi üzərində işi davam etdirir.