adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

NƏ GÜNAHDI?..

BABƏK YUSİFOĞLU
80738 | 2013-01-17 11:53

Yəqin ki,ən adi gözlə də son 10-20 ildə dünyada müxtəlif dəyişikliklərin, siyasi-hərbiproseslərin necə sürətlə getdiyini görmək mümkündü. Məhz bu inanılmaz tempəgörə də hadisələrin gedişatını qabaqcadan bilmək, nələrin baş verəcəyiniproqnozlaşdırnaq son dərəcə çətinləşib. Bütün parametrlərdə tam stabil görünəndövlətlərdə çevrilişlərin baş verməsi, dünyaca məşhur və qüdrətli birliklərdəçatların əmələ gəlməsi, Birləşmiş Ştatlar kimi bir dövlətdə sosialisthərəkatının imperializmə, daha doğru oliqarxizmə qarşı böyük aksiyalarkeçirməsi, yaxud Amerika konqresində Cənubi Azərbaycanın İrandan ayrılması iləbağlı çağırışların səslənməsi... həqiqətən də inanılması zor olan proseslərdi.

BaşdaAmerika olmaqla Qərbin İranla münasibətlərinin müharibə həddinə gəlməsi indiyəqin ki, heç kim üçün sirr deyil. Çünki uzun müddətdir tərəflər arasında nüvəsilahının yaradılması üzərində çox cidd qarşıdurma davam edir. Qərb Tehranın buməsələdə qarşısını almaqdan ötrü İran körfəziyaxınlığına özünün nəhəng hərbi arsenalını cəmləşdirərək müharibəhazırlıqlarını davam etdirir. İslam Respublikası da öz növbəsində rəqiblərinəqarşı aqressiv mövqe nümayiş etdirir, meydan oxuyur. Əslində vəziyyət o həddəqədər gərginləşib ki, dünyanın nüfuzlu hərbi ekspertləri müharibənin vaxtı iləbağlı açıqlamalar verirlər. Yəni, dünya müharibənin labüdlüyünü qəbullamışdır.

Maraqlıdır,hadisələrin bu şəkildə inkişaf etdiyi bir məqamda dünya mətbuatında inanılmasızor olan məlumatlar yayılmağa başlayıb. Rusiyanın elektron qəzetlərindən biri -"Utro"da bildirilir ki, İran İslam Respublikasının ali dini rəhbəriAyətullah Xamneyi özünün dini qərarında nüvə silahına veto qoyub. Məsələ ilə bağlıaçıqlama verən İran xarici işlər nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəstbildirib ki, bu fetva İranın atom proqramları ilə əlaqədar Qərbin fikirlərinəson qoyacaq.

O deyib:"Ali liderin verdiyi fetvadan yüksəkdə heç nə ola bilməz. Bunlar həm dəbizim nüvə texnologiyaları sahəsindəki fəaliyyətimizin əsasını müəyyən edir.Bütövlükdə ölkəni idarə edən ali hüquqi instansiya və hakimiyyət fetva verirsəbizlər onu dəqiqliklə yerinə yetirməyə borcluyuq". Maraqlıdır, bu cürfikirlərin səsləndirilməsi atom enerjisiüzrə beynəlxalq agentliyin (MAQATE) əməkdaşlarının İran nümayəndələri iləgörüşü ərəfəsində verilib.

Ekspertlərəgörə, bunlar baynəlxalq sanksiyalar üzündən ölkədə iqtisadi-sosial vəziyyətinkəskin şəkildə pisləşməsinə görə atılan adımlardır. İran sadəcə olaraq indikisituasiyanı yumşaltmaq üçün özünü belə aparır və vəziyyəti bir qədər öz xeyrinə yumuşaltmağacəhd edir. Onlara görə, bu cür mövqe bir neçə dəfə ortaya qoyulub.

Eynizamanda "Accociated Press" xatırladır ki, ayətullah Xamneyi ötənil də oxşar açıqlama vermişdi:"İran "gərəksiz", "zərərli və təhlükəli" atom silahınıyaratmağa çalışmır. Çünki bu günahdır". Amma həmin vaxt belə mövqe sadəcəfikir kimi qəbul edilmişdi. İran tərəfinin indiki açıqlamalarında isəbildirilir ki, dini lider atom silahının yaradılması əleyhinə fetva verib. Vəbu, heç bir halda müzakirəyə çıxarılmır.

Əslindəanaloji fikirlər, bəyanatlar həqiqətən də islam respublikasının rəhbərliyitərəfindən dəfələrlə bəyan edilib. Və hər dəfə də Qərbin kəşfiyyat orqanlarıİranın uranı zənginləşdirilməsi istiqamətində işlərini davam etdirməsi barədəməlumatlar verib. Bu məsələdə ənbarışmaz mövqeyi İsrail ortaya qoyur.Təl-Əvivə görə, Tehranın bütün yumuşaldıcı bəyanatlarının məqsədi vaxtqazanmağa işləyir. Buna görə də yəhudilər israr edirlər ki, radikal addımlarınatılması üçün gecikmək olmaz.

Lakinbununla belə, İslam Respublikasının ali dini liderinin bu şəkildə fetvaverməsini nikbinliklə şərh edənlər də az deyil. Onlar ümidli danışırlar. Həminekspertlərə görə, İranın nəhayətdə bu cür davranışları hansı səbəbdənolursa-olsun müsbət qarşılanmalı, gərginlik azaldılmalı, MAQATEekspertlərinin İranda yoxlamalar keçirməsinə nail olunmalıdır. Məhzbundan sonra situasiyanın hansımərhələdə durduğunu konkret şəkildə söyləmək mümkündü. Hər halda hadisələrininkişafı onu göstərir ki, həm Xomneyininfetvasının mahiyyəti, həm də gerçəkliyin nədən ibarət olması yaxın vaxtlardaüzə çıxacaq.

Bu məqamdabir məsələni diqqətə çatdırmaq məncə yerinə düşər. Ayətullah Xamneyi atom silahının yaradılmasının həqiqətəndə günah olduğunu bəyan etməklə bərabəryaxşı olardı ki, həm də, İslam Respublikası kimi müsəlman Azərbaycanıntorpaqlarını işğal edən Ermənistana hər cür yardım göstərilməsinin də günaholduğunu dilinə gətirəydi. Müqəddəs peyğəmbərimiz buyurub ki, müsəlmanmüsəlmanın qardaşıdır. Elə isə bir milyon müsəlmanı qaçqın şəklinə salan qatilerməni dığalarına niyə İslam Respublikası hər cür köməyi göstərir? Məgər bunlargünaha yazılmır?

Əlbəttə bucür sualların çeşidini çox artırmaq olar, lakin bunlarla kifayətlənirəm. Çünkibu ayrıca bir söhbətin mövzusudur. Bəhs etdiyimiz məsələlərin isə, dediyimkimi, aydınlığa çıxacağına çox qalmayıb...

BABƏK YUSİFOĞLU

[email protected]

babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV