ÖLƏNİN BƏXTİ GƏTİRDİ...

ƏBÜLFƏT MƏDƏTOĞLU
48056 | 2016-02-23 15:37

Beləbir söz var. Bilmirəm kim deyib, amma dəqiq bilirəm ki, var. Deyirlər ki, filansöz məni yaman tutdu... yaxud deyirlər ki, filan söz ox kimi içimi dəlibkeçdi... yaxud da söyləyirlər ki, filan söz məni havalandırdı, yerimdən,yurdumdan eylədi...

Hə,mənim deyəsən "naxışım” gətirib. Ona görə "naxışım gətirib" deyirəmki, qarşıma məni havalandıran, məni yerimdən-yurdumdan eyləyən, mənim içimi tərpədənsözlər ara-sıra çıxır. Və mən də həmin o sözlərin havasında elə bir hala düşürəm ki, Allah heç kimə göstərməsin.Bunu yaxşı mənada deyirəm, yer də, göy də başıma fırlanır. Özüm də yerin, göyünbaşına fırlanıram. Elə fırlana-fırlana da durduğum nöqtədən, oturduğum yerdənharalarasa o fırfıra məni aparıb atır, o söz məni gah işığa bələyir, gah daqaranlığa... gah sevincə bükür, gah da kədərə... gah alqışa bələyir, gah daqarğışa... gah dilimi mələyə çağırışa kökləyir, gah da fələyə qarğışa. Yəniyaşamaq da istəyirəm, ölmək də... yaşatmaq da istəyirəm, öldürmək də. Bax, başıma belə bir müsibət gətirib məniyerimdən-yurdumdan edən söz.

Tam səmimi deyimki, hərdən o məni havalandıran sözün sahibinə irad da tutmaq istəyirəm. Ammagücüm çatmır. Nə deyəcəyimi, necə deyəcəyimi tarazlaya bilmirəm. Ha çalışsamda, dilim o söz sahibinə minnətdarlıqdan başqa heç nəyi söyləmir. Qalıramdilimin məngənəsində... qalıram sözün yükünün altında... qalıram havalandığımyerdə. Bax, indi siz bu yazını oxuduğunuz vaxt mən elə o havalı durumdayam.Çünki 23 fevral gününün nostalji xatirəsiylə stolumun üstündəki bir kitabıgötürüb bəxtini sınayan adamlar kimi gözüyumulu açdım. Və niyyət tutdum ki,açılan səhifdəki hər nədisə, onu oxuyacam və onunla razılaşacam... onu günümünköynəyi edəcəm. Elə bu niyyətlə də açdım kitabı. Və...

Həyatda təsadüflərinzərurətdən doğulduğuna bəlkə də hamıdan çox inanmışam, hamıdan çox biət etmişəm.Amma inanın ki, bu dəfə açılan səhifədən oxuduğum şeir mənə həm dəyaşadıqlarımı, taleyimi, güzəranımı, hətta içimdən keçən dua və özüməqarğışları başdan-başa üzümə söyləyirdi, gözlərimin içinə deyirdi. Və həmin anmənə elə gəldi ki, dünyada həqiqətən ruha qoşulmalar var. hardasa eyni cürdüşünmək, eyni cür yanaşmaq, eyni cür şərh etmək, eyni cür də yaşamaq var. Mənbuna başqa bir ad tapıb qoya bilmərəm. Bu şeirdəki bütün məqamlar, misralanmışbütün anlar və mənalar mənim evim yanan gündən, kəndim işğal olan gündən ürəyiməyazdıqlarımdı... ürəyimdə pıçıldadıqlarımdı... yuxularımda gördüklərimdi. Mənonda yazmışdım ki:

Yandı evim,eşiyim

Yandı divarım,daşım...

İsit, qoymaüşüyüm-

İsit məni gözyaşım!..

Və onda az qalaTanrıya asi olaraq içimdə fəryad qoparmışdım ki, təqvimləri cırıb atmaqlazımdı. Çünki təqvimlərdə işğal günləri, şəhid günləri, faciə, qətliam günlərisıralanıb gedir. Bax elə indi açıb oxuduğum şeirdə də müəllif həmin o mənimkimi düşünənlərin, mənim günümü yaşayanların ürəyi ilə öz ürəyini eyniləşdirir,birgə döyünən ürəklərin sızıltısını, göynərtisini misralayıb və yazıb:

Hər ayda birqanlı təqvim,

Hönkürdüm hər anüstünə.

Ölüb dərdimigöndərəm,

Mənə yananınüstünə.

Hə, bunu mən dəarzulamışam, bunu mən də gecələr çadır evimin, sığındığım uşaq bağçasının,yaşadığım özülsüz otağımın bir küncünə çəkilib qaranlığa, özü də büzüşüboturmuş uşaqlarımın gözlərinə baxmadan içimdə söyləmişəm. Və elə demişəm ki,özüm də inanmışam bu dediyimə. Yəni inanmışam ki, ölüb dərdimi mənə dərd verəninüstünə göndərə biləcəm. O düşməni ölümümlə öldürəcəm və:

Yoxda vardı,varda yoxdu,

Həsrət dərd, qəmləovundu.

Ömür bir rəngliyuxudu,

Doğru yalanınüstünə.

Bəli, bu da birgerçəkdi. Çünki yoxda var olanın varda yox olması, həsrətin dərd-qəmlə ovunmasıtəkcə şair sözünün, fikir adamının ifadəsi, pıçıltısı deyil, bu həm də həmin ovarlıqla yoxluğun, o dərd-qəmlə ovunmağın necə bir rəngli yuxu olduğunu söyləməkdi,andırmaqdı, xatırlatmaqdı. Özü də gerçək kimi bir yalanın çətiri altında. Və:

Ay oğuzlar, ay ərənlər,

Səbri dözümləyeyənlər.

Ay torpağın itirənlər,

Gedək tapanınüstünə.

Necə gözəl birçağırış... necə yanıqlı bir müraciət... necə səmimi bir etiraf. Özü dəcanıyananlıqla, hər şeyi göz altına almaqla söylənən etiraf. Axı, dözə-dözəhardan hara gəlib çıxdıq. Bunu heç düşündükmü, bunun heç fərqinə vardıqmı? - Məncəyox! Ona görə artıq hamımız birlikdə bir şamın işığında, bir su səsininyaratdığı ovqatda öz-özümüzə, özü də hamının eşidə biləcəyi bir səslə deməliyikki:

- Ay, torpağınıitirənlər, gəlin gedək onu axtaraq. O itkini tapanı, əslində isə o torpağı bizdənalanı cəzalandıraq, o torpağa sahib olaq! Və:

Qara sevda, qaradərddi,

Torpaq sevgim,yurd həsrətim.

Ölənin bəxti gətirdi,

Ağlayaq qalanınüstünə.

Bu da bir gerçək,bu da bir olmuşun və olanın poetik ifadəsi, poetik təqdimatı. Məncə burda həm dəyanğının, üsyanın, dərdə dözümsüzlüyün şairanə yox, sadəcə, insanın içini tərpədənbir poetik təqdimatından gedir söhbət. Çünki sevdaların qarası elə torpaqsevgisidi, yurd həsrətidi. Amma bu qara sevdanın ən böyük nəşəsi, ən böyükqazancı, ən böyük mükafatı ölməkdi. Kim bu qara sevdadan ölübsə, onun bəxti gətirib- Şəhidlik zirvəsinə yüksəlib. Həm cismiylə torpağı artırıb, həm ölümüylətorpağı çiyninə qaldırıb. Bizə sadəcə bir iş qalıb. O da şəhid olmayanı diriykənağlamaq. Burda söhbət göz yaşı tökməkdən getmir, burda söhbət diriləriqazi olmağa hazırlamaqdan, çağırmaqdan gedir.Və:

Əldən yurdu gedənadam,

Səbr edib ölməyənadam.

Bu taleyə asiollam,

Gedib yaradanüstünə.

Hə, bir anlıq bumisraların siz də içərisinə daxil olun, alt qatını görün... bu misraların fikirtutumunu siz də çözün. Onda görəcəksiniz ki, bu boyda yurd itirib adam kimiqalmaq, səbr edib təkcə ölməmək yox, həm də arsız-arsız çalıb oynamaq nə deməkdi?!Axı biz özümüz-özümüzə təsəlli verməklə bu yurd itkisinə asi olmağı arxa planakeçiririk. Əslində isə biz, yəni torpağını itirənlər, ömrü birrəngli yuxu olanlarölüb bəxtəvər olanların ətrafınayığışmalıyıq, onların yolunu tutmalıyıq, onların izini göyərtməliyik. Çünki buyol, bu iz Şuşaya gedir... işğal olunmuş torpaqlarımıza gedir... bizim üçün həsrətçəkən, ayaq izlərimizi qoruyub saxlayan, uşaqlığımızı yaddaşında yaşadanünvanlara gedir. Biz onun ayağına getməliyik, onu çiynimizə qaldırmağa getməliyikvə Yaradandan bu gediş üçün ancaq dəstək ummalıyıq. Çünki O bizi yaradanda, xəlqedəndə boynumuza oğul yükü qoyub, oğul missiyası yükləyib. Alnımıza da elə beləcədə yazıb:

Ay torpağın itirənlər,

Ölənin bəxti gətirdi!!!

Məncə, biz bəxtimizingətirəcəyini gözləməli deyilik. Biz taleyimizə asi olmalıyıq. Və biz, yəni şəxsənmən bu misraların müəllifi dəyərli Sona xanım Vəliyevaya məmləkətin qaçqın birbəndəsinin vətəndaşının, sadəcə, Əbülfətin taleyini, içini yazdığına görə təşəkkürümübildirirəm. Xüsusilə təqvimin ən qara günlərinin birinin ərəfəsində mən bumisraların bütün qatlarını gördüm, bütün laylarına enə bildim.

Əbülfət MƏDƏTOĞLU

[email protected]


TƏQVİM / ARXİV