adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
22 Fevral 2016 16:27
235459
MODA
A- A+

Dollarlara dolanan saç çəngəli və başmaqlar

Tanınmış insanlara məxsus əşyaları inanılmaz məbləğlə əldə etmək cəhdləri artıq təəccüblü görünmür, amma bəzən elə əşyalara fanatlar pul xərcləyirlər ki, ağlı başında olanların təəssüflənməməsi mümkün olmur. Deyək ki, hansısa aktyorun eynəyi, saatına və ya tarixi şəxsiyyətin üzüyünə pul xərcləmək başadüşüləndir. Bəs köhnə ayaqqabılarına, hələ saç çəngəsinə necə?! Məsələn: "Apple” şirkətinin mərhum rəhbəri Stiv Cobsun köhnə səndəli 2,75 min dollara hərracda satılıb. Cobs onu 1980-cı illərdə geyirmiş. "Almapərəst” pərəstişkarın kimliyi gizli saxlanılır.

Dünən isə "Bitlz” qrupunun solisti Con Lennonun saç çəngəsinə 35 min dollar pul veriblər. Bu müştərinin də adı gizli saxlanılır.

Qeyd edək ki, Lennonun saçı 1966-cı ildə kəsilib. Daha doğrusu, həmin ildə Almaniyada filmə çəkilən Lennon saçını kəsdirəndə uzaqgörən bərbər qızıldan qiymətli saç çəngələrini atmayıb. Bilib ki, vaxt gələcək bu saçlar var-dövlət gətirəcək. Bərbər həmin saç çəngəsini düz 50 il saxlayıb.