YAŞANANDA GÖZƏL OLAN…

ƏBÜLFƏT MƏDƏTOĞLU
54691 | 2016-02-19 18:19

Həyat yaşayanda gözəlolur. Bunu mən demirəm və yaxud da bunu kiminsə sözü kimi təkrarlamıram. Sadəcə,özümün arxada qalan günlərimə, aylarıma, illərimə baxıb gəldiyim qənaət budu. Nəticəetibarı ilə arxada qalan 57 ilə qədəm qoymuş illərimin gözəl həftələrini, günlərinixatırlayıram. Toplum halında aylarını, illərini yox. Baxıb görürəm ki, həmin o həftə,həmin o gün ürəyimlə birlikdə olduğum məqamdı… ürəyimin istədiyi məqamdı… ürəyiministədikləri və ürəyimi istəyənlərin mənə bağışladıqlarıdı. Və mən də həmin o həftənin,günün içərisində Tanrıya daha yaxın olmuşam, yerə daha çox üz söykəmişəm… Torpağı,daşı, gülü, çiçəyi, oxuyan quşların səsini, uçan durnaların qatarını… bir sözlə,xəzəldən tutmuş gözələ qədər hər şeyi sevmişəm, hər şeyi özümə doğma bilmişəm. Vəonların hər birinin bətnində özümü görüb, özümə rahat bir insan kimi həsəd aparmışam.Hətta məşhur bir mahnıda deyilən o fikir də gəlib ağlımdan keçib. Yəqin hiss etdinizhansı fikri deyirəm. Sizi çətinə salmamaq üçün xatırladım:

- Dünyanın xoşbəxtimənəm dünyada!..

Hə, əvvəldə dedimki, həyat yaşananda gözəl olur. Amma yaşamaqda həyatın tələblərinə cavab verəndə, ona uyğunlaşanda, onunla üst-üstə düşəndə,ən azı onunla paralelləşəndə gözəlləşir. Təəssüf ki, bu nə sənin, nə mənim, nə dəelə həyatın özünün birbaşa şərti, tələbi, istəyi deyil. Burda hər şey həm ayrı-ayrıdı,həm də kompleksdi. Rəhmətlik Nüsrət Kəsəmənlinin təbirincə desək, «nişan üçün ikişey istədilər, məndə isə biri vardı, biri yox». İndi özünüz də mənimlə razılaşarsınızki, siz də, mən də həyatın istəyini özümüzdə tapanda, toparlayanda həyatın istəyidəyişir. Çünki burda zaman sürəti var. Ha eləyib özümüzü ələ alana kimi, o istəyinmahiyyətinə varana kimi qatar ötüb gedir. Yeni istək çıxır ortaya. Bax, bu mənadahəyatla üst-üstə düşmək, paralelləşmək çox zor bir işdi və hər adama da nəsib olmur.Mən də ona görə yaşadığım illərin içərisindən bəxtimə düşən, yaşadığım həftəni,günü seçib, sayıb üst-üstə yığanda həm təəssüflənmişəm, həm şükür etmişəm. Çünkibütün bu yaşananların içərisində seçilən, yaşanan nəsə var, nələrsə var və müqayisədəbunu dəyərləndirmək, qiymətləndirəmk lazımdır. Yeri gəlmişkən, xatirimdə qalmışbir ibrətamiz məsəl var. Onu elə burdaca sizə də demək istəyirəm. Həmin məsələ görə,çox müdrik bir insan digərlərinin həyat sevgisini artırmaq üçün təklif edir ki,şəhər əhli meydanda sıraya düzülsün. Ön cərgədə varlılar, ikinci cərgədə kasıblar,üçüncü cərgədə əlillər, dördüncü cərgədə zəlillər. Və sonra hər kəs özündən arxadakınadönüb baxsın. Onda varlı kasıba baxıb şükür edəcək… kasıb əlilə baxıb şükür edəcək…əlil zəlilə baxıb şükür edəcək…

Yəqin ki, bu müdrikkəlamın içini gördünüz, işığını gördünüz və mənim həmin o barmaqsayı həftələr, günlərüçün şükür etdiyimə iradınız qalmadı. İşdi, qalsa da mən sizdən incimirəm. Çünkihərənin öz parametri var. Və deməli, mən bir insan, bir varlıq olaraq həyatın nəbzinibu cür tutmuşam və o döyünən nəbz də mənə söylədiyim sayılı günləri, həftələri yaşadır.Mən də yaşadıqlarımın içərisində duyğularımı kökləməyə, fikirlərimi ifadə etməyəvə sözü misraya çevirməyə çalışmışam - heç kimə, heç kəsə etiraz etmədən, üsyanetmədən. Amma içimdə çəkdiyimin ləzzətini ala-ala.


Oyun oynayır fələk

Oynasın xoş günümə.

Dərddən doyunca içib-

Olmuş sərxoş günümə!


Günü-gündən saralır

Ağ yazı da qaralır…

Kimin yeri daralır-

Gəlsin bu boş günümə.


Mən yaşayan qədərin

Görən yoxdu betərin…

Çəkmə gülüm, kədəri-

Gətir, sən qoş günümə!..


***

Bugünlərdə bir neçəüzüntülü hadisənin şahidi oldum. Və bu hadisələr qanımdan, canımdan gəlib keçdiyinəgörə, bunun ağrı-acısı məni içimdə çox göynətdi. Hətta az qala içimi alt-üst etdi.Özümü təklənmiş, meydanda əliyalın qalmış bəndə kimi hiss etdim. Təbii ki, əksərhisslər, duyğular müəyyən mənada ötəri olur.Bu da zamanın sürəti ilə bağlı olan məsələdi. Üstəlik, burda bir gerçəklik də var.O da yaraların sağalmasıdı, daha doğrusu, qaysaq bağlamasıdı. Yara var ki, öz-özünüsağaldır, yara var ki, bunu diqqət, ülfət sağaldır, yara var ki, ona həkim müdaxiləsilazımdı ki, sağalsın. Yara da var ki, o, zamanın iynə-sancağının altındadı. Yənisağalması zaman məsələsidi. Bu mənada mənim içimdəki vətəndə vətənsizlik yarasısonuncuya aiddi. Yəni bu yara hər gün qan verir, hər gün sızıldayır. Xüsusilə faciələrin,işğal günlərin bəlli tarixi qapımı döyəndə. Məsələn, mən doğulduğum bölgənin Qaradağlıfaciəsi. Mən havasını, suyunu daddığım, udduğum Xocalı qətliamı… Deməli, o yaralarmənim, sənin əlinlə sarınmayana qədər… o şəhid qanları tökülən torpaq mənim, səninnəfəsinlə isinməyənə qədər bu yaraların sağalmasından danışmaq doğru deyil. Kimdə desə, hətta sübut etməyə çalışsa ki, Xocalı dərdi, Qaradağlı yarası sağalıb,mən ona inana bilmərəm. Bu mümkünsüz bir işdi. Nə isə…

Hə, yaşadığım həmino üzüntülü anlar məni həyatın nə qədər soyuqqanlı olduğuna da diqqət yetirməyə məcburetdi. Baxıb gördüm ki, bir ucdan boşalıb dolan bu dünyada hissisiz, nişanəsiz nə qədər Allah bəndələri olubvə var. Bundan sonra da olacaq. Bu Allah bəndələri köçüb gedəndə arxalarınca boylananların,saç yolub göz yaşı axıdanların, ya da içdən gələn bir «ah» çəkib təəssüf edənlərinolmaması görəsən nəyə işarədi? Görəsən bu nə deməkdi? Ümumiyyətlə, belə hallarlabarışmaq və yaxud belə hallardan nələri öyrənmək gərəkdi? Dəfələrlə bu suallarıverirəm özümg və dəfələrlə də susuram. Sükut güc gəlir mənə. Baxıb görürəm ki, burdaverə biləcəyim heç bir cavab sualı tam əhatə etmir, sual yarımçıq qalır, cavab yarımçıqolur. Elə bil ki, yetişməmiş meyvəni dərirsən, dişləyirsən. Boğazından keçmir. Məhzmən indi gəldiyim nəticəyə görə, izsiz, nişanəsiz köçüb getmək hardasa bu həyatınzorla boğazından keçirdiyi yetişməmiş meyvədi. Neyləyək ki, biz həyatın bu qərarıönündə çox gücsüzük. Hətta səsimizi çıxarmağın özü belə heç nəyi dəyişmir, heç nəyətəsir etmir. Ona görə də susuruq. Təsəllimiz susmaq olur…

Hə, bəzən susmaqqızıldı, deyirlər. Bəzən isə gücsüzlük və yaxud da etiraf. Mən həyatın bu anındasusmağı həyata tabe olmağın işarəsi kimi qəbul edirəm. Ona görə də çevrəmdəkiləriən azından olduqları kimi qalmalarını və həyatla çəkişmələrdə qalib görmək istəyirəm.Təbii ki, bu mənim istəyimdi. Onların gücünün buna yetib-yetməməyi isə başqa birmövzudu. İndiki anda isə mənim üçün o sızıltının içərisində də bir ümid axtarmaq,bir ümidə söykənmək gücünün mövcudluğudu. Elə həmin o ümidin işığında da bu misralarıdilə gətirmək yəqin ki, sizin də ürəyinizcə olar.


Bu çiçək indi açıb

Hələ tərdi, hələtər…

Üstündən arı uçub-

Zər qalıbdı, hələzər!..


Ömrümün bu anında

Dərddi duran yanımda…

Qan donubdu canımda-

Tərdi daman, hələtər!..


Köklə hicran tarını

Sovur saçın qarını…

Bu həsrətin barını-

Hələ oxşa, hələ dər!..


***

Hər bir insan, təbiiki, söhbət normal insandan gedir, düşünmək qabiliyyətinə malikdi. Və düşünməyi bacarandamüəyyən vəziyyətlərdən çıxış yolu tapa bilir. Bax, bu mənada istər sovet dönəmində,istər işğalın başladığı gündən bu günə qədər qarşılaşdığım hər bir məqam dostların,güvəndiyim insanların, xüsusilə ürək sirdaşlarımın tövsiyələri, yardımları mənimçıxış yolu tapmağımda əsas stimulum, əsas təkanverici gücüm olubdu. Mən onlara söykənibaddım atmışam. Görmüşəm ki, o söykəndiklərim, o dayaqlar məni ayaqda saxlayırlar,məni yıxılmağa qoymurlar. Lakin zaman-zaman həm gördüyün, həm öyrəndiklərin öz təsrinidə adama yükləyir. Bax, bu da müəyyən mənada dayaqları, səni ayaqda saxlayanlarıbir az yükdən azad edir, bir az onların sənə yönələn, daha doğrusu, mənə yönələngücünü, diqqətini özündə saxlamağa imkan verir. Deməli, bax, bu aspektdən yanaşanda,onda görürəm ki, çevrəm məni daha güclü edir. Çevrəmdən kənarda yalnız tək qalmıram,həm də güc itirirəm. Bu yerdə itkinin nə olduğunu canında, qanında hiss edən birAllah bəndəsi kimi bir sızıltı da yaşayıram. Bunsuz mümkün deyil. Çünki itkidənsöhbət düşəndə gözlərimin önündə şəhid doğmalarım, dünyanı vaxtsız tərk etmiş canqardaşlarım – Vahid Əlifoğlu, Vaqif Cəfərli, eləcə də Ələsgər, Rafiq və daha kimlər,kimlər gəlib dayanır. Onda bir daha anlayıram ki, bəlkə də Tanrı məni onların ruhunusevindirmək üçün onlardan bir az da artıq yaşadır. Hər halda, bu qənaətin Tanrınınmənə lütfüdüsə, bunu xoşbəxtlik kimi qiymətləndirməyə candan, qandan hazıram!..

İndi bütün yazı boyuhəyatı sağdan, soldan, altdan, üstdən nə qədər vərəqləməyə, çevirməyə çalışsam dahiss edirəm ki, heç nə dəyişmir. Necə deyərlər, bu yazı həyatın bir tükünü də tərpətmir.Az qala çaxçaxın baş ağrıtması kimi bir işlə məşğulam. Dəyirman öz bildiyini edir.Mən də elə dəyirmanın acığına ürəyimdəki ən isti sözü, ən böyük istəyi bütün səsimlə,bütün gücümlə bilgisayara, kağıza köçürürəm. İstəyirəm ki, həyatla mübarizədə, qarşılaşmadanə qədər kiçik olsam da, içimin, yəni ürəyimin böyüklüyü o kiçikliyi üstələsin,o kiçikliyi görünməz etsin. Axı mən bu həyatı və Allahın mənə verdiklərini o böyükürəklə sevmişəm və sevirəm. Ona görə də hətta şeirlərimin birində yazmışam ki, bəlkədə Allah məni hər kəsə, Sev! – demək üçün göndərib. Mən də dərdimi də, sevincimidə, həsrətimi də, vüsalımı da, göz yaşımı da, gülüşümü də sevə-sevə misralara çevirirəm.Bilirəm ki, bu yanaşma məni təklənməkdən, tək qalmaqdan xilas edəcək. Ən azındanbu hiss mənim yanımda olacaq. Həmişə onun əlini çiynimdə his edəcəm… həmişə onunkölgəsini başımın üstündə görəcəm. Elə indi oxuyacağınız şeirdə dediklərimin əksinibəlkə də daha uyğun biləcəksiniz, ona daha çox inanacaqsınız və:


Yorulmuşam, yorğunam

Üstümdün ötür biril…

Mümkünsə sən cəzamın-

Üstündən götür biril!..


Nəfəsim son nöqtədə

Yükdü mənə nöqtədə!..

Bu enmədə, çökmədə-

Ümid tək gətir biril!..


Qarşıma yerimişdin

Yoluma yol sərmişdin…

Mənə möhlət vermişdin-

Bu da son – bitirbir il!..


Hə, mən sizə, yənidəyərli oxucularıma sadəcə öz missiyamı yerinə yetirərək SEVin! - deyirəm. Çünkisevəndə yaşayırsınız. Həyat da yaşayanda gözəl olur!


Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV