«ƏLLƏRİNDƏKİ GÖYÜZÜ»

ƏBÜLFƏT MƏDƏTOĞLU
63186 | 2016-02-18 13:55

Bəri başdan deyimki, barəsində söhbət açdığım müəllifi mənimlə dəyərli şairimiz Musa Ələkbərli tanış etdi. Günlərin birində Musa müəllim mənə bir ismarıc göndərdi:

- Qağa, bir istedadlıcavan oğlan göndərirəm yanına. Özü də müharibə görmüş oğlandı, şeirləri də xoşumagəlir. Sən də bax, yəqin xoşuna gələcək…

Bəli, belə başladı tanışlığımız. Öyrəndim ki, dağlar qoynunda, Gədəbəydədoğulan Qalib həkim-kardeoloqdur. Özü də cəbhə bölgəsində, yəni Füzulidə hərbi həkimkimi xidmət göstərir. Əsgərlərimizin, bütövlükdə səngərdə olan insanlarımızın ürəyininqayğısına qalır. Onun bu addımı sözün yaxşı mənasında ürəyimi oxşadı. Üstəlik bucavan oğlanın səmimiyyəti mənə çox doğma gəldi. Bax beləcə başladı tanışlığımız. Elə iş otağımdacaonunla poeziyadan daha çox ordudan, səngərdən danışdıq. Və Qalibin peşəsini mükəmməl bilməsi, üstəlikbu peşəyə bağlılığı mənim yaralı yerim olduğu üçün suallarım bitib-tükənmirdi.

Oxudum Qalibinşeirlərini və Musa müəllimin fikirlər iləyüzdə-yüz razılaşdım. Duydum, hiss etdim ki, bu cavan oğlan ürək həkimi olduğu üçünelə misraları da ürəyində dünyaya gətirir, ürəyində böyüdür, sonra kağıza köçürür.Ona görə də misralar həm səmimidi, həm də diridi. Zənnimcə, səmimi və diri misralaristənilən qapını öz əli ilə aça bilir…


İllər ötdü, bizimdostluğumuzun bir qazancı da Qalib Şəfayətin imzasını izləməyim, onun uğurlarınasevinməyim oldu. Elə bu günlərdə şair-həkim dostum mənə özünün «Alatoran» nəşriyyatındaişıq üzü görmüş kitabını avtoqrafla bağışladı. Və mən kitabı açanda bilmirəm təsadüfdənmi,yoxsa zərurətdənmi ilk qarşılaşdığım şeir bir növ xatirə kimi gəldi mənə. Yəni əlimdəntutub həmin o ilk görüşümüz olan günə qaytardı məni…

Ömrümü

banka qoydum,

əmanət

kimi.

dar gündə

çıxararsan,

gərəyin olar.

sonra

acı-acı

xatırlarsan

Məni.

Və…

Nəsə deyinərsən,

Özün üçün.

Bəli, əslində bizim və bütövlükdə hər bir insanın ömrü yaddaş bankındadı.O bankı açanda hər şey xatırlanır, vərəqlənir. Bax, Qalib Şəfayət də ürəyindəkinəelə bunu xatırladıb və üstəlik də deyib ki,


İtirdim qəlbimi oyuncaq kimi,

Bir yoldan ötəni, tapanı olar.

Bir gün tapıb əzizləyib, oynadan –

Bir gün bəyənməyib, atanı olar.


Hə, doğrudan da sevgi elə bir şeydir ki, o, həm ürəyi, həm də insanın özünübəzən göz önündəcə itirir. Və onda hiss edirsən ki, Qalib demiş, «içinə soyuq dolur».

Mən Qalibin şeirlər kitabında uğurlu fikirlərə, fərqli təqdimatlara rast gəldikcə onun poetik qələbəsinə sevindimvə istər-istəməz içimdən bir işıq axıb keçdi. O işığı mən həm də Musa Ələkbərliyə ünvanladım. Çünki Musa müəllim Qalib Şəfayətin poeziya yolundakı addımlarınınxeyir-duaçısı, xeyirxahı kimi yadımda qalıbdı. Hər halda bu mənim bir söz adamıkimi qəlbimdən keçənlərdi. Düşünürəm ki, Qalib Şəfayət kitabında işarə vurduğu«redaktə et ürəyimi» fikri yazdığım fikirlərə aid deyil. Amma ürəyi redaktə etməyin özü isə sevən üçün, sevilənüçün, sevgini günəşə çevirən üçün yaxşı tapıntıdı.

Mən qələm dostumun sizə təqdim etdiyim kitabı barəsində bu fikirləri də deməyi özümə borc bilirəm. Beləki, Qalib Şəfayətin kitabı həm tərtibat baxımından, həm də şeirlərin özünün səhifələrdədüzümü baxımından da çox səliqəlidi. Kitabıəlinə götürəndə sənə elə gəlir ki, çox zəif, duyğusal bir təmas yaşayırsan. Bəlkədə bu şairin həm də həkim olmasından irəli gəlir – özü də ürək həkimi!


Çöl yaman soyuqdu, gülüm,

Yatır məni ürəyində.

Sən ümman ol, mən bir qayıq,

Batır məni ürəyində.


Dərdə yara düşən kimi,

Qəlbə qara düşən kimi,

Bir az dara düşən kimi,

Götür məni ürəyində…..


Hə, bu şeirlə Qalib Şəfayətin «Əllərindəki göyüzü» kitabı haqqında fikirlərimi tamamlayıram.Özü də bilərəkdən bu şeiri seçdim və bu qoşmanın yalnız bir hissəsini sizə təqdim etdim. İstədim ki, ürək həkimininürəyə necə bələd olduğunu siz də biləsinizvə ürəyiniz istəsə bu kitabı tapıb elə bu qoşmanın son bəndinə kimi oxuyasanız vəsizə üz tutduğuma görə məni qınamayasınız.

Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV