Amerikanın gözəllik müsabiqəsi qalibi ölüm ayağında
Fevralın 16-da gecə saatlarında "Miss Amerika” müsabiqəsinin iştirakçısı 24 yaşlı Kara Makkollum ağır avtomobil qəzasına düşüb. Adalet.az NTV telekanalına istinadən bildirir ki, yol qəzası Nyu-Cersi ştatının Pittsqrov şəhərində baş verib. Makkolmun idarə etdiyi avtomobil yoldan çıxaraq ağaca çırpılıb və bir neçə dəfə aşıb.
Yaş asfalt üzərində avtomobili yüksək sürətlə sürən "Miss Nyu-Cersi – 2013” təhlükəsizlik kəmərini bağlamadığından ağır yaralanıb. Həkimlər Makkollumun vəziyyətini ağır qiymətləndirirlər.
Qeyd edək ki, Kara Makkolm Nyu-Cersidə SNJ telekanalında xəbərlər proqramını aparır.