adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
15 Fevral 2016 13:52
64231
AVTOMABİL
A- A+

Sürücülər özlərinə başqa iş tapmalı olacaqlar

Yaxın 25 il ərzində sürücüsüz maşınlar yollara çıxacaq. Adalet.az Rusiya mətbuatına istinadən bildirir ki, avtomatik idarə olunan maşınlar proqramlaşdırıldığı üçün qəza vəziyyəti də 90% azalacaq. Çünki avtomobillər sərxoş halda olmayacaq, sürət həddini aşıb "avtoşluq" edə bilməyəcəklər. 

Alimlər bildirir ki, belə olan halda insan fəaliyyətinin getdikcə daralması, insanların işsiz qalması problemi yaransa da, təhlükəsizlik bunu üstələyəcək. Belə çıxır ki, ac qalsan da olar, təki canın sağ olsun. Ən əsası sürücülər bu 25 ildə yoxa çıxacaqlar. Bu sənət tarixin küncünə tolazlanacaq.