adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
14 Fevral 2016 22:40
24099
TEXNOLOGİYA
A- A+

540 robot eyni anda rəqs etdi - VİDEO

Çində təşkil olunan festival olduqca maraqlı görüntülərə səhnə olub.

Adalet.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, yerli müğənnilərdən birinin ifası zamanı səhnədə 540 ədəd robot da yer alıb. Robotların musiqiyə uyğun rəqsi tamaşaçıları təəccübləndirib.

42 santimetr hündürlüyü və 1 kiloqram yarım çəkisi olan olan robotlar, festival üçün xüsusi şəkildə dizayn edilib. Onların peşəkar rəqqaslar kimi hərəkət etməsi maraqla izlənilib.

Təşkilatçıların sözlərinə görə, robotların eyni anda birgə formada hərəkət etməsi çox sadə üsulla tənzimlənib. Hər bir robotun yaddaşına xüsusi proqram yüklənilib.