adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
13 Fevral 2016 23:47
55339
MÜSAHİBƏ
A- A+

“Türkiyənin bu addımı atması “Pandorranın qutusu”nu aça bilər”

Adalet.az Hələbdəki keçmiş baş konsulu, diplomat Yaşar Yakışın APA-ya müsahibəsini təqdim edir.

-Fırat çayının Qərb sahilinə keçməməsinə dair sərt xəbərdarlıqlardan sonra Türkiyə terror təşkilatı kimi gördüyü PYD-YPG-ninSuriyanın şimalındakı bəzi mövqelərini bombaladı.Yaranmış vəziyyəti necə dəyərləndirirsiniz?

- Öz torpaqlarına qarşı təhdid yarananda lazımi tədbirləri görməsi Türkiyənin ən təbii haqqıdır. TürkiyəSuriyadakı PYD-ni və onun hərbi qanadı olan YPG-ni terror təşkilatı kimi dəyərləndirir və Fırat çayının Qərb sahilinə keçməməsi üçün uzun müddətdən bəri onlara xəbərdarlıq edir. Onlar keçməyəcəklərini bəyan etsələr də, demək ki, keçiblər və Türkiyə bombalamaq məcburiyyətində qalıb. Bombardmanın lazımi nəticəni verəcəyinə inanıram. Əks təqdirdə, bölgədə "Pandorranın qutusu” açılar və xüsusilə, Türkiyə ilə Rusiya arasında sıxıntılı durum yarana bilər.

-Rusiyanın dəstəyi ilə Hələbə gedən yolun kəsilməsi nəticəsində Türkiyənin müxaliflərə yardımı dayandı.Bu tərəfdən, Əsədin qüvvələri, o biri tərəfdənPYDTürkiyənin bölgədəki manevr sahəsini daraldırmı?

- Bunlar ikisi bir-birinə bağlı proseslərdir. Rusiya Orta Şərqə yerləşib orada uzun müddət qalmaq üçünSuriyaya əsaslı şəkildə yardım edir. Ona görə TürkiyəSuriyadakı prosesləri Rusiyanın orada uzun müddətli qalma plan və strategiyası baxımından dəyərləndirib addım atmalıdır.Suriyadakı kürdlərə həm Qərb, həm də Rusiya dəstək verir. Bu vəziyyətdə Türkiyə, ilk növbədə, təhdidlərdən qorunmalıdır. Çünki hazırda Türkiyənin təkcə Rusiya ilə deyil,Suriyadakı quru hərəkatına dəstək verən o biri qonşumuzİraqla da arası yaxşı deyil.

-Rus təhlilçiləri RusiyanınSuriyadakı müharibəni "qəti qələbəyə” qədər aparmasına qarşı çıxaraq üstünlüyün əldə edildiyi vəziyyətdə hərbi əməliyyatların dayandırılaraq sülh müzakirələrinin başlamasının ölkəyə daha çox şey qazandıracağını vurğulayırlar.Sizcə, düz deyirlərmi?

- Rusiyanın dəstəyi iləSuriyanın Hələbə gedən yolu müxaliflərə qapatması önəmli üstünlük sayıla bilər. Məncə, bundan sonrakı proseslərdə diqqət əsasən,Suriyadakı kürd qüvvələrinin Türkiyənin qırmızı çizgisini keçməyə cəhd edib-etməyəcəyinə bağlı olacaq. Türkiyənin etirazlarına baxmayaraq, Qərb o qüvvələri dəstəkləyir. Türkiyənin bombardmanının səbəbi o qüvvələrin Fırat çayının Qərb tərəfindəki bəzi kiçik bölgələri ələ keçirmə cəhdidir. Türkiyənin müxaliflərə dəstəyinin kəsilməsi həm Əsəd, həm də PYD-YPG qüvvələrini ürəkləndirmişdir. Bu mürəkkəb vəziyyətdə bombardmanların təsirli olmasını görmək istəyirik.

-”Pandorranın qutusu”nun açılmasına diqqəti cəlb etdiniz.Sizcə, o qutu nə vaxt açıla bilər?

- Səudiyyə Ərəbistanı və Qətərin dəstəyi ilə Türkiyə quru qüvvələrininSuriyaya müdaxilə edə biləcəyi ehtimalından danışılır. Türkiyənin bu addımı atması "Pandorranın qutusu”nu aça bilər ki, bu da bölgədə Türkiyə ilə Rusiyanın qarşı-qarşıya gəlməsinə səbəb olar. Belə bir ehtimal varsa belə, bir an əvvəl gündəmdən çıxmasını arzu edirəm.