adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
12 Fevral 2016 21:36
4061
İQTİSADİYYAT
A- A+

Neftin qiyməti 10 faiz qalxdı

Dünya bazarında neftin qiyməti bahalaşmaqda davam edir.

Adalet.az hərracların son nəticəsinə istinadən xəbər verir ki, WTI markalı neftin qiyməti 10 faizdən çox artıb.

Saat 19:52-yə olan məlumata əsasən, Brent markalı Şimal dənizi neft qatışığının aprel fyuçerslərinin qiyməti 6,92 % bahalaşaraq bir barelə görə 32,16 olub.

WTI neftinin mart fyuçerslərinin qiyməti 10,09 % artaraq bir barelə görə 28,84 dollar təşkil edib.

Qeyd olunur ki, neftin qiymətinin bahalaşmasına dünyanın ən iri neft şirkətlərinin "qara qızıl”ın istehsalını dayandıracağı barədə məlumatlar təsir göstərib.