Ombudsman bəyanat yaydı
Ombudsman Elmira Süleymanova Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı bəyanat yayıb.
Adalet.az-ın Ombudsmanın saytına istinadən məlumatına görə, bəyanatda deyilir:
"Azərbaycana qarşı təcavüzkar siyasətin tərkib hissəsi olan, insan hüquq və azadlıqlarının kütləvi şəkildə kobudcasına pozulması ilə nəticələnən Xocalı soyqırımı erməni hərbi qüvvələrinin və onların havadarlarının xalqımıza qarşı uzun illər davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir. Artıq 24 il keçməsinə baxmayaraq, bu soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməyib".
Bəyanatda qeyd edilir ki, günahsız, dinc insanları məhv edən cinayətkarlar tezliklə ədalət məhkəməsi qarşısında cavab verməli və cəzalandırılmalıdırlar.
Bəyanat ingilis dilinə tərcümə olunaraq BMT-nin baş katibinə, Təhlükəsizlik Şurasına, insan hüquqları üzrə ali komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycanın xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, habelə Azərbaycanın 180-dən çox diaspor təşkilatına göndərilib.
Eyni zamanda, həmin bəyanat BMT-nin İnsan Hüquqları Şurasının 31-ci sessiyasına da təqdim olunacaq.
Digər Xəbərlər
29 Mart 2024 13:26
Pulu olmayan bələdiyyələr fəaliyyət göstərməməlidir – Fazil Mustafa
29 Mart 2024 10:46AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? - AÇIQLAMA
29 Mart 2024 10:35Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
28 Mart 2024 21:26DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mart 2024 20:48