adalet.az header logo
  • Bakı 20°C
12 Fevral 2016 20:47
3679
İDMAN
A- A+

FİFA-nın baş katibi 12 illik futboldan uzaqlaşdırıldı

FİFA-nın keçmiş baş katibi Jerom Valke ağır cəzalandırılıb.

Adalet.az-ın məlumatına görə, FİFA-nın etika üzrə arbitraj palatası Valkeni 12 illik cəzalandırıb.

O, bu müddətdə milli və beynəlxalq səviyyədə futbol sahəsində çalışa bilməyəcək. Keçmiş baş katib 90 min avro cərimə də ödəməli olacaq.

Qeyd edək ki, fransız futbol funksioneri ötən ilin sentyabrında vəzifəsindən uzaqlaşdırılmışdı.

O, 2014-cü ildə keçirilən dünya çempionatının bilet satışında maxinasiyaya yol verməkdə ittiham olunurdu.