ALLAHI QATİL EDƏNLƏR

AQİL ABBAS
97126 | 2013-01-16 01:27

(əvvəliötən saylarımızda)

- Suka gəlir.

GələnBatalyon Komandiri idi, yaxınlaşdı dədələrin stoluna, salam verdi və sonradedi:

- Akademik,sənə hələ tez deyil bu stolda oturmaq?

DədələrDədəsi Akademiki dillənməyə qoymadı, gözünün birini qıyıb aşağıdan yuxarıBatalyon Komandirinə baxıb dedi:

- Komandir,get işinlə məşğul ol, qabağımızdakını zəhərə döndərmə. Yoxsa, bu boşqabı başınakeçirərəm.

BatalyonKomandiri:

- Ded, sənniyə hirslənirsən? Mən Akademiklə danışıram.

(Ardı 3-cüsəhifədə)

(Əvvəli 1-ci səhifədə)

- Dedim dəsənə! Eşit, biz gedəcəyik, bizdən sonra eşitsək ki, şəxsən sən Akademikinxətrinə dəymisən... Səni harda olsa tutub xoruz kimi banladacağıq. Qandın?!

BatalyonKomandiri özünü yığışdırdı:

- Qandım!

***

Kriminalist otağa girəndə Prokuror telefonla danışırdı vəçox pərt görünürdü:

- Dedim ki,əlimizdən gələni edirik, üstündə işləyirik. Rəhmətliyin oğlu, o boyda Amerikaəlli ildi Kennedinin ölümünün üstünü aça bilmir, indi sən istəyirsən üç gününiçində bu boyda qətlin üstünü açaq? Heç Şerlok Holms da üç-beş günə cinayətiaça bilməyib. Özü də mənimlə belə danışmayın, nə sizin tabeçiliyinizdəyəm, nədə uşağınız, otuz ilin prokuroruyam. Mən prokuror olanda sən salaqa idin,tualet təmizləyirdin. İndi general olmusan, gəl çıx çiynimizə. Əgər qoysaydınızvaxtında həmin hərbi hissədə baş verən ölüm hadisələrinin üstünü açaq, vəziyyətgəlib bu həddə çatmazdı. Bəs əsgərlər öləndə niyə belə sinənizi cırmırdız?!Onlar adam deyildi? Ağızlarından süd iyi gələn gül kimi uşaqlardı. Onların qanıtutub Polkovniki. Darıxmayın, o uşaqların qanı bir gün bizi də tutacaq. Bizitutmasa da, balalarımızı tutacaq! - telefonun dəstəyini atdı, elə həmin əsəblədə Kriminalistə dedi: - Qolundan tutub oturdacam, otur də.

Sonra yenəhəmin əsəblə də düyməni basıb çığırdı:

- Ay qız,gəl bu zəhrimarı dəyiş. Allahın bir stəkan çayını da rahat içməyə qoymurlar -dedi və stolun üstəki stəkanı götürüb divara çırpdı.

Kriminalistilk dəfə idi ki, Prokuroru belə özündən çıxmışgörürdü.

Prokuror:

- Papirosunvar?

- Siz çəkəndeyilsiz axı?!

- Çəkənəm,çəkən deyiləm, deyirəm papirosun var?

KriminalistProkurora bir siqaret verdi, özü də yandırdı. Amma iki qurtumdan sonraProkuroru öskürək tutdu, siqareti Kriminalistin qabağındakı külqabıda söndürdüvə xeyli öskürdü:

- Ə, buzibili necə çəkirsiz?!

Katibə ikistəkan çay gətirdi, sonra istədi yerdən stəkanların qırıqlarını yığsın, Prokurorqoymadı:

- Sonrayığarsan, - dedi və gəlib Kriminalistlə üzbəüz oturdu; - Hə, oğul, özün eşitdində, məruzə elə görək.

Prokurorunoğlu yox idi. İki qızı vardı, ikisi də ərdəydi, işçilərinə də "oğul"deyə müraciət edərdi.

Kriminalistqovluğunu açdı:

- CənabProkuror, bir neçə versiya var. Hamısının üzərində işləyirik. Amma xeyli vaxtaparacaq.

- Oğul,vaxtımız çox azdı. Eşitdin. Bu üç-beş gündə bəlkə otuz dəfə zəng ediblər. Buişi aça bilməsən ikimiz də yandıq. Mənim onsuz da yaşım keçib, yükümü də təpəyəyığmışam. Sənə heyfim gəlir. İndi versiyaları de görüm.

-Birincisi, namus məsələsidi. Üstündəişləyirik. Amma mənə görə bu qətlin namusa dəxli yoxdu.

Prokuror:

- Bəsniyə,... - sözü ağzından qaytardı, - nədi, hə, orasından atıblar?

Kriminalistgüldü:

- CənabProkuror, bura İtaliya deyil, ağzına gül də qoyalar. Ya təsadüfdü, ya daöldürən adam yandığından ordan atıb ki, kişi deyilsən. Mən onun bütün qadınəlaqələrini öyrənmişəm. Elə birciddi şey tapmadım. Telefon kitabçasında heç qadın nömrəsi də yoxdu. Sürücü dədeyir ki, yalnız bazar günündən başqa həmişə Komandirlə olub, amma indiyədəkKomandirin hansısa bir qadınla görüşdüyünü, ya əlaqəsi olduğunu hiss eləməyib.

- Bəs, Merdeyir nə vaxt axtarırdın saunada tapırdın.

- Mer özağlıyla ölçür, elə bilir saunaya elə qadınlarla görüşmək üçüngedirlər. Siz də hər həftə saunayagedirsiz, qadınla gedirsiz?

Prokuroru gülmək tutdu:

- Bəlkəgedirəm, nə bilirsən?

-Getsəydiniz, camaat sizin haqqınızda da danışardı.

Prokurorqalxdı, otaqda bir az var-gəl elədi,pəncərədən xeyli bayıra - küçədə futboloynayan uşaqlara baxdı. Bu uşaqlar dəfələrlə kabinetin pəncərələriniqırmışdılar, amma o buna heç vaxt qızmamışdı. Hər dəfə qaravulçu uşaqlarıqovmaq istəyəndə qoymamışdı:

- Dəymə,qoy oynasınlar, sən usta çağır gəlib şüşə salsınlar.

İndiuşaqlar pəncərədən onlara baxan Prokuroru görəndə dayandılar və ona sevinclə əleləyib çığırdılar:

- Prokurorəmi! Prokuror əmi!

O dagülümsəyib uşaqlara əl elədi, sonrayenidən qayıdıb oturdukreslosunda:

- Düzdeyirsən, o keçmişdəydi, indi adamlar qadın üstə bir-birini öldürmürlər, pulüstə öldürürlər. Bəs biznes əlaqələrininecə? Bəlkə şərikləri ilə problemləri olub.

-Öyrənmişik. Heç bir obyekti yoxdu.

Prokuror:

- Necə yəniyoxdu? O boyda hərbi hissə obyekt deyil? Hər əsgərin yeməyindən gündə bircədollar kəssə ayda otuz min dollareləyir. Hələ benzini-menzini, ayrı şeyləri demirəm. O Qərargah Rəisi ilədə həmişə dava-dalaşları bunun üstündəymiş.

- QərargahRəisi əsl zabitdi. Komandirin əyri işlərinə dözmürdü.

- Yaxşı,davam elə.

- Sonsəkkiz ayda hərbi hissədə üç ağır cinayət hadisəsi baş verib. Bir əsgər özünüasıb, biri özünü güllələyib. Biri dəbatalyon komandiri ilə üç əsgəri güllələyib, sonra da özünüöldürüb. Bu cinayətlərinhamısının da üstünü ört-basdırediblər. Komandirin ölümünü burda axtarmaq lazımdı.

- Axtar də!

- Məsələondadır ki, bu cinayət işlərini bizim prokurorluq aparmayıb. İşlər bizdə deyil.Gərək məktub yazasız həmin işləri Bakıdan göndərələr bizə.

- Getməktubu hazırla gətir, qol çəkim.

***

OturmuşdularQərargah Rəisinin kabinetində,qarşılarında da bir stəkan çay.

- Rəis,komandirlə niyə tez-tez mübahisəniz düşürdü, hətta bir-birinizə silah daçəkmisiz?

QərargahRəisi güldü:

- Deyəsən,məndən şübhələnirsiz. Bu adi söhbətdi, yoxsa istintaq?

Kriminalist:

- Qətiyyən, sadəcə olaraq mən müəyyənhəqiqətləri bilməliyəm.

QərargahRəisi qalxdı ayağa, pəncərəni açdı, həyətdə təlim keçən əsgərlərə xeyli baxdı, dağlara baxdı, bu dağların oüzündə doğulduğu, indi isə həsrətindəqaldığı kəndlərini xatırladı, bir siqaret yandırdı:

- Bilirsən,dostum, biz bu Vətəni, o görünən dağları, meşələri, o göy üzünü, bu dağlarınbulaqlarını, quşlarını da əsgərlərə etibar etmişik. Bu dövlət də, bu millətdə əsgərləri bizə etibar edib. Əgər biz bu əsgərləriqoruya bilmiriksə, deməli, bu Vətəni də, o dağları, o meşələri, o göy üzünüdə qoruya bilmirik. Yəqin bilirsən sonaltı-yeddi, nə bilim səkkiz ayda bu hərbi hissədə neçə ölüm hadisəsi baş verib.Bunlara görə ən azı Komandirvəzifədən götürülməliydi, mən dəcəzalanmalıydım. Nə oldu? Kim cəzalandı? Taqım komandiri, batalyon komandiri,uşaq-muşaq. Bu hadisələr elə-belə baş verməmişdi ha. Hamıya ruhi xəstə diaqnozuqoyub işləri bağlayıb atdılar arxivə. Çox cəsarətli bir müstəntiq vardı, aradao yazıq yandı, orqandan xaric etdilər. Mən o uşaqların dəfnində iştirakeləmişəm. Mən o valideynlərin gözlərinə baxa bilməmişəm. Onlarövladlarını mənə etibar etmişdilər. Mən onların övladlarını qoruya bilmədim!

QərargahRəisi soyuducunu açıb bir butulka araq çıxartdı, qoydu stolun üstünə,stəkandakı çayı götürüb pəncərədən atdı çölə, araq süzdü:

- İçirsən?

- İçirəm.

Kriminalistinçayını da pəncərədən çölə atdı və stəkana araq süzdü, heç nə demədən arağıçəkdi başına, bir siqaret də çıxarıb qoxuladı, sonra yandırdı.

Kriminalistdə arağı götürdü, amma Qərargah Rəisi kimi başına çəkmədi, su kimi ehmalca içdivə o da bir siqaret alışdırdı.

- Dostum, oqədər haqsızlıq görürsən ki, bu araq olmasa çoxdan mən də o uşaq kimi özümüatmışdım. Bilirsən, mənim də oğlum var, o da cəbhə bölgəsində əsgərdi. Ölənuşaqlardan biri də o ola bilərdi. Məndən ötdü, qardaşıma dəydi. Hamımız eləbilirik, bizim övladımızdan ötsün kimə dəyir-dəysin. Xeyr, elə deyil, sondaözünə qayıdır. Buyur, Komandirin özünə dəydi. Kim zəmanət verə bilər ki, sabaho güllənin biri sənə, mənə dəyməyəcək? Axı buna biz hamımız günahkarıq. Ocavanların qanını batıran müstəntiqlər də, prokurorlar da, nə bilim, daha hansışərəfsizlər. Elə bilirlər elə belə gedəcək, onlara heç nə olmayacaq?!

QərargahRəisinin gözləri dolmuşdu, hiss olunurdu ki, ürəyi doludu və çoxdandı ürəyiniboşaltmağa adam tapmır, ona görə də Kriminalist mane olmaq istəmədi, dedi, qoyürəyini boşaldıb sakitləşsin.

- Bu necəola bilər, iki ay bundan əvvəl bura sağ-sağlam gələn uşaq dəli olur, özünüasır, ya yoldaşların güllələyir?! Əgər bu dəli idisə niyə əsgərliyə yararlısayıblar. Yox, burda dəli olubsa, niyə dəli olub? Onları kim dəli eləyib, adam durduğu yerdə dəli olabilməz ki!

Kriminalist:

- Yaxşı,bütün bunları bildiyiniz halda siz niyə susurduz?

- Mənsusmuşam?! Bəs bayaq sən deyildin soruşan niyə Komandirlə yola getmirdin? Oşərəfsiz Batalyon Komandirini kefimdəndöymüşdüm? Dəfələrlə yuxarı yazmışam, həmişə də altın çəkmişəm. Mənimtaylarım korpus komandiridi. O gördüyün general mənim zabitim olub. Mən isəhansısa bir hərbi hissədə heç bir səlahiyyəti olmayan qərargah rəisi, belədanışdıqlarıma görə. Günlərimi sayıram ki, nə vaxt təqaüdə çıxacam.

- DedinBatalyon Komandirini döymüşdün. Sirr deyilsə nə məsələydi?

- Beləşeylərin üstə. O batalyonkomandirliyindən daha çox komandirin qanunsuz tapşırıqları ilə məşğulidi. Elə bil bu millətin oğlu deyildi. Əsgərlərə əsgər kimi deyil, pul kimibaxırdı. Bir cəza dəstəsi vardı, xoşu gəlməyən, Akademik kimi oğlanlarıcəzalandırırdı, sındırırdı. İntiharlar onun günahından idi, badına da getdi,Akademik onu bağışlamadı. Bilirsən, dostum, əgər bu cinayəti açmaqistəyirsənsə, onda gərək bütün düyünləriaçasan. Sən Akademikin Batalyon Komandirini, əsgərləri öldürdüyü həmin cinayət hadisəsini araşdıran omüstəntiqi tap. Bayaq dedim, orqandan xaric ediblər. Çox savadlı, həm də çoxcəsarətli müstəntiq idi. Polkovnik bir-iki dəfə xəlvətə çəkdirib döydürməkistəmişdi, mən qorudum, yoxsa Allah bilir nə olardı. İndi səninlə elədiyimsöhbətləri onunla da çox eləmişdim.Düyünləri təmiz açıb hər şeyi ortalığa qoymuşdu ki, cinayət işini ondan alıbbaşqasına verdilər, özünü də... Hələ dəonun əvəzinə mən yanıb tökülürəm. Heyf elə müstəntiqdən. Yeni gələn müstəntiqdə cinayətlərin üstünü ütülədi, Akademikə də ruhi xəstə diaqnozu qoyub işi atdıarxivə.

***

Atıbağladığı səmtə gedirdi. Gələndə ona quş kimi yüngül görünən tüfəng indi eləbil bir pud daş idi və çiynindən sallanmışdı. Və bu ağırlığın altındaəzilirdi. Bir az əvvəl indi bir pud daşadönmüş bu tüfənglə insan öldürmüşdü. Tanrıya yalvarır, onu bağışlamasını xahişedir, dua oxuyurdu. Bu tüfənglə kəndi qorumuşdular, neçə düşmən vurmuşdular,indi o həmin tüfənglə özününkünü öldürmüşdü, düşmənə atılası gülləni özününkünəatmışdı, əllərini qana batırmışdı, Tanrınınyaratdığı, ömür verdiyi insanı öldürməkdən dəhşətli bir günah yox idi vəindi o bu dəhşətli günahı işləmişdi.Tanrıdan onu bağışlamasını xahiş edirdi, amma Tanrı onubağışlayacaqdı-bağışlamayacaqdı, bunu o dünyada biləcəkdi. O dünyaya çox uzunbir yolu qalmasa da, ölənədək bu günahı daşımaq da çətin idi.

Buağırlığın altda gəlib çatdı atı bağladığı yerə, atın sinəsini bir-iki dəfəsığallayıb qalxdı belinə.

(Ardı var)

Aqil ABBAS

[email protected]

TƏQVİM / ARXİV