adalet.az header logo
  • Bakı 16°C
12 Fevral 2016 17:48
4097
İDMAN
A- A+

Millimizin dünya çempionatında rəqibi bəlli oldu

Bu gün futzal üzrə dünya çempionatının "pley-off" mərhələsinin püşkatma mərasimi keçirilib.

Qol.Az-ın məlumatına görə, Serbiyanın paytaxtı Belqradda keçirilən mərasimdə Azərbaycan millisinin rəqibi müəyyənləşib. Millimiz Hollandiya yığması ilə qarşılaşacaq.

Sloveniya - İspaniya
Slovakiya - Ukrayna
Polşa - Qazaxıstan
Serbiya - Portuqaliya
Belarus - Rusiya
Hollandiya - Azərbaycan
Macarıstan - İtaliya

"Pley-off" mərhələsinin oyunları martın 22 və aprelin 16-da keçiriləcək.

Qeyd edək ki, millimiz "pley-off" səddini də keçəcəyi təqdirdə, tarixində ilk dəfə dünya çempionatına vəsiqə qazanacaq.