DƏDƏLƏR DEYİB EEE…

ƏBÜLFƏT MƏDƏTOĞLU
57217 | 2016-02-12 16:58

Bəzən ağzıgöyçəklərdinc durmur. Oturduqları yerdə də oturub qalmırlar. Özləri öz içlərini sağa-solavərəqləyib bir də görürsən ki, nəyisə tapıb qoydular ortaya və başladılar qulp qoymağa,şəbədə qoşmağa, yə da münəccimlik etməyə. Vallah, belə məqamda bilmirəm əsəbləşim,yoxsa qoşulub onlara mən də fal açım. Ona görə də düşdüyüm bu çıxılmaz durumdanyaxamı bir kənara çəkmək üçün variantlar, vasitələr axtarıram. Bax, belə məqamdaköməyimə dədə sözləri, yəni atalar sözləri çatır. Doğrudur, ataların dediyinin birqismi artıq boyatlaşıb. Elə burdacayerinə düşməsə də deyim ki, boyat aşın, yəni plovun dadı tamam fərqlidi. Heç özünüzü iştahlandırmayın,bunu sözgəlişi dedim…

Bəli, bir qism atalarsözü boyatlaşdığından hərdən ya yerinə düşmür, ya da zamanla düz gəlmir. Ona görəya məcbur olub onu redaktə edirsən, ya da yanından keçib özün istəyinə, şəraitəvə yerinə görə bir dədə sözü icad edirsən. Bu da nə cür alına, ömrü nə qədər çəkərbunu öncədən demək mümkün deyil. Nə isə…

Deməli, dədə sözlərininbirində deyilir ki, axşamın xeyirindən sabahın şəri daha yaxşıdı. Mən bunu ha çək-çeviretdim, ha sola-sağa vərəqlədim, indiki elmi-texniki tərəqqinin sürəti ilə uyğunlaşdırabilmədim. Doğrudu, o sözü deyən atanı başa düşürəm. Onun zamanında gecələr indikikimi işığa, nura qərq olmamışdı. Hər tərəf qalmışbir ay işığının umuduna. Bəzən ay da yatıb qalırdı, olurduzülmət qaranlıq. Və belə bir zülmətdə xeyir bir iş görmək, xeyir tapmaq təbii ki,qaranlıq otaqda qara pişiyi axtarmaq kimi bir şey idi. Ona görə də həmin ata baş sındırıb və məsləhət görüb ki, yaxşısıbudur, işləri sabah, yəni gün işığında görək. Və bu fikrində ounun haqlı olduğu zamınında öz təsdiqini tapdı.İndi zaman o atanın zamanı deyil. O, atını minib çıxıb getdi, öz zamanı ilə birlikdə…

Bu yazını yazmağaözümü kökləyəndə iş elə gətirdi ki, redaksiyamıza təşrif buyurmuş bir para adamlarla,içi ziyalı qarışıq qonaqlarla həmsöhbət oldum. Baxıb gördüm ki, redaksiyaya qonaqgəlmiş bu adamların hərəsinin özünə görə bir ata sözünə uyğunluğu var. Çünki bu adamlar hərəkətləri ilə, danışıqları ilə həmino sözləri az qala qışqıra-qışqıra mənə çatdırırdılar. Mən də öz-özümə ürəyimdə səbrliolmağı və bunun sonunu gözləməyi qərarlaşdırırdım. Yəni dişimlə səbrimi sıxıb gözləyirdimki, axıra kimi üfürülmüş şar təki partlamayım. Şükürlər olsun ki, dözüb dura bildim, partlamadım.Amma onlar gedəndən sonra Yasamal qəbiristanlığına açılan pəncərəmin önündə dayanıböncə salavat çevirirəm, sonra öz-özümə pıçıldayıram ki, «səbrlə halva bişər ey qorasəndən». Onun ardınca «bəndənə şükür, İlahi» deyirəm və nəhayət, bu sözlərin müəllifiolan böyük yazarlarımızın xatirəsi önündə bir dəqiqəlik sükut edirəm. Məhz həminsükut anında mənə elə gəlir ki, mən və mənim kimi düşünənlər bu cəmiyyətdə ya düzgünyaşamırıq, ya da yerimizdə deyilik. Çünki biz bütün həyatımız boyu bir havaya köklənmişik,bir havaya oynamışıq. Amma indi havalar da çoxalıb, çoxlu havaya oynayanlar da.Deməli, bir atalar sözu var ey, yəqin xatırlayırsınız. Dədələr deyib ki, «bildirçininbəyliyi darı sovuluncadı». Təəssüf ki, indi dünyada növbəli əkin sistemi önə keçdiyindənbildirçinlərin bəyliyi də öz ömrünü uzadıbdı. Yerdə qalıb bir məqam. O da ibarətdi ya bizimbütün havalara öynamağı öyrənməyimiz, ya da durduğumuz yerdən geri çəkilmək!..

Hə, söylədiyim fikirlərin nəbzinə uyğun olaraq içimdəkimisraları dilə gətirməyin məqamı olduğunu təxmin edirəm. Çünki pəncərə önündə dayanıbdüşündüklərim, gəldiyim nəticə mənə həyatın həm dərsidi, həm də yükü. Bu dərs yükününaltında hələ nə qədər qalacağımı, hələ onu nə qədər daşıyacağımı isə zaman göstərəcək.Ona görə də…


Mən belə qəm görməmişdim

Onu da çəkdirdinmənə…

Göydən bulud dərməmişdim-

Onu da çökdürdünmənə!..


Əlimdə vaxtın əsası

Qıldın çox həsrətqəzası…

Dolmadan əsəb kasası-

Onu da tökdürdünmənə…


Bir filin yükün çəkirdim

Ürəyimə qor əkirdim…

Ümidə yuva tikirdim-

Onu da sökdürdünmənə!..

***

Hər dəfə özümlə həmsöhbətimkanı olmaq fürsətimi tapa bilmirəm. Daha doğrusu, tapmaq istəyirəm. Amma bu fürsətsürüşüb əlimdən çıxır,sudan çıxmış balıqkimi. Və mən də rəhmətlik Mirzə Babayev kəpənəyin ardınca baxdığı kimi əlimdə iziqalan həmin o sürüşüb getmiş fürsəti sadəcə arxadan izləməli oluram. Doğurdur, bubir az üzücü, ağırlıq gətirən izləmə prosesidi, amma neyləyək ki, mənim də gücüm, imkanım ona çatır.Yəni oturub arxadan kədərli, həm də ümidsiz bir halda izləmək…

Bəzən dostlar, yaxınlarməni bu ümidsizliyə, bu kədərlə qol-boyun olmağa görə qınayırlar. Amma inanmırlarki, mən özüm arayıb-axtardığım, özüm öz iç dünyama sakin etdiyim bu kədəri, qəmielə özüm qədər çox istəyirəm. Çünki mənim kədərim, qəmim mənə hamıdan doğmadı vəməni hamıdan da yaxşı anlayır. Zənnimcə ənxoşbəxt insan haqqında düşünəndə və bununla bağlı müəyyən kriteriyaları, ölçüləri göz önünə gətirəndə, orda dərdin, qəmin,kədərin sahibinə nə qədər doğma və nə qədər anlayışlı olduğunu xüsusi qeyd etməklazımdı. Çünki həmin o qarşılıqlı anlaşmainsanı ətrafa, cəmiyyətə həm yaxşı təqdim edir, həm də tanıdır və təbliğ edir. Kənardanbaxan, müşahidələr aparan görür ki, insanın içindəki dağ onun xəyalındakı dağıneyni olmaqla yanaşı, həm də onun bir növü özünü gözə təpmədən bir kənarda saxladabilmək gücüdü. Fikrimi bir az da açıqlasam, onda belə məlum olar ki, içi dərdlə,özü də doğma dərdlə dolu olan adam sondərəcə təmkinli, sakit və bir az da kənara çəkilib dayanmağı bacaran adamdı…

Hə, mən özümlə həmsöhbətolmaq istəyimin arxasında bir məqsəd göyərdirəm, onun qol-budaqolmasına çalışıram. İstəyirəm ki, özümə verəcəyim suallarınözümdən gələcək cavabalarını kədərimdən, qəmimdən başqa kimsə eşitməsin. Düşünməyinki, bu nəyisə, nələrisə gizlətmək amacıdı. Xeyr, bu sadəcə özümün özümü yaxındantanımağım və əvvəldən formalaşan nələrinsə yeni formatını özümə həzm etdirmək, hopdurmaqistəyidi. İstəmirəm ki, özüm özümdən uzaq düşüm, özümözümdən geridə qalım. Axı yazımın birinci hissəsindəsürətdən, yəni elmi-texniki tərəqqinin nailiyyətlərindən söz açmışdım. Vurğulamışdımki, bəzi dədə sözlərimiz artıq öz atlarını minib çıxıb gediblər. Çünki onlar zamanınauyğun gəlmirlər. Bax mən də zamanıma uyğun gəlməmək təhlükəsini yaşamamaq üçün özümözümlə həmsöhbət olmağa fürsət axtarıram. Yəqin ki, nə vaxtsa bu söhbəti etmək bizənəsib olar. Elə bu yerdəcə bir dədə sözünü də xatırladım. Daha doğrusu, iki dədəsözü dilimin ucuna gəlib. Doğrudu, onlar bir-birini inkar edirlər, amma… Amma dədələrdeyib ki, «bu günün işini sabaha saxlama». Və bunun ardınca başqa bir dədə də özünəməxsustəmkinlə vurğulayıb ki, «gec olsun, güc olsun». İndi bu iki fikrin, bu iki məntiqindüz tən ortasında dayanıb öz-özümə pıçıldayıram:

Dalğanın

sahilə

atdığı su

nəfəsi titrəyən,

qanadları heysiz,

yaralı qu…

və bir də

ürəyi

qəm yüklü

gözləri nəmli

fikri qarışıq

bu-

yəni

qarşında

dayananda

görmədiyin

Əbülfət!

eyni hissləri

paylaşırıq

adı da

nakam məhəbbət!..

***

Apardığım müşahidələrməndə belə bir fikir formalaşdırır ki, insan yaşlaşdıqca daha çox dünənə tərəf boylanır.Az qala iki əliylə, dişiylə, dırnağıyla dünəni tutub saxlamaq və yaxud da onu özüyləgötürüb aparmaq istəyir. Təbii ki, bu mümkünsüzdü. Sadəcə, burda mümkün olan birşey var, o da xatirə bağlamasıdı, xatirə boğçasıdı. Onu götürmək, onu aparmaq, onuson mənzilə çatdırmaq müəyyən gündə insanlara nəsib olur. O insanlara ki, onlarınstressləri az, zəkaları iti, dünyaya baxışları bütövdü. Yəni nə dədələr demiş, həratılan daşın dalınca yüyürmürlər, nə də mövqelərini heç vaxt «gönü suya verənlər»kimi əldən vermirlər. Necə doğulublar, necə cəmiyyətə adaptasiya olublar, o cürdə qalmaq üçün bəzən son güclərinə qədər istifadə edirlər. Amma burda bir həqiqətdə var ki, o da həmin o dözümün, o iradənin sarsılmazlığıdı, onun mayasıdı. Məhzhalal maya insana sözün dürüst mənasında özünü bir ölçüdə, bir biçidə, bir bütövlükdətanıtmaq, təqdim etmək imkanı verir.Yəni buqələmun olmur.

Bunu mən sözgəlişiyazmıram. Çünki dediyim o müşahidələr mənə insan sifətlərini insanı bir predmetkimi öyrənməyə imkan veribdi. İlk baxışdan normal görünən və o cür də özünü təqdimedən sifət adi bir ağcaqanad sancmasından elə hallara düşür ki, onda həmin o sifətözünü ifşa edir, soyunub lüt-üryan qalır qarşında. Sən də köhnə zamanların adamlarıdemişkən, qalırsan maddım-maddım baxa-baxa. İnana bilmirsən ki, bir anın içərisindədəyişən sifət kim imiş? Nə imiş? Və ümumiyyətlə, bu kimliyin, bu nə olanın arxasındanələr dayanıbmış. Sözümün canı ondadı ki, bugünlərdə bir söhbətin qulaq şahidi oldum.Danışan adamın fikirləri məni ildırım kimi vurdu. Gözaltı onun bu keyfiyyətini necəqoruyub, pərdələyib saxlaya bildiyini düşünməyə, harasa bir yerə yozmağa çalışdım.Amma alınmadı. Çünki az qala bütün söhbəti boyu özünün içindəki yaramazlıqları dilinə gətirənbu adamcığazın kənardan niyə bu qədər yanımlı, diqqətli, zəhmətkeş, daha nə bilimağsaqqal kimi göründüyü özü-özlüyündə başa aça bilmədiyim sual idi. Lap sadə vəobrazlı desəm, sual elə o adamın özü boyda idi. Sanki yanaşı dayanmışdılar. İkisidə bir boyda, bir buxunda!..

Hə, mən elə bu məqamdada atalar sözlərinə üz tuta bilərəm. «Taylı tayını tapar»dan tutmuş, «qapaq diyirlənibqazanı tapar»a qədər. Amma bunların heç birinə üz tutmuram, heç birini də xatırlatmaq istəmirəm.Çünki bu anın içərisində mən özümü tapdalanmış bir durumda hiss edirəm. Ona görədə ataların nəyi necə deməyinin fərqinə varmıram. Elə o adamdan yox, hətta onunsəsindən də bir xeyli uzaqlaşmaq istəyirəm. Necə deyərlər, səsin, ünün çata bilməyəcəyibir məsafədə dayanıb o adamın özü boyda olan sualı boğub öldürmək üçün. Mənə eləgəlir ki, o sualı boğub öldürsən, o adam da mənim üçün ölmüş olacaq. Ola bilsinki, bu, sərsəm bir düşüncədi, məsələyə yalnış yanaşmadı. Amma hər nədisə, mən indionu yenidən qabartmaq istəmirəm. Qoy olduğu yerdə də qalsın. Mən isə…

Bəli, bu yazım içimdədoğulanda adqoydu keçirmişdim. O adı indi dilimə gətirmək istəyirəm:

- Dədələr deyib eee…

Allah yaxşı dədələrərəhmət eləsin. Yaxşı ki, deyiblər və yəqin ki, məndən sonra da kimsə, nə vaxtsadədə sözünə üz tutası olsa, o da mütləq yazacaq ki, dədələr deyib eee!.. Məhz həminməqama köklənib mən də sənəvə sizə deyirəm. Eşidin, oxuyun və yadızında saxlayın, əgər imkanınız varsa…


Sən qor doldurdun,gülüm

Kədərin yatağına…

Bu qordan işıq düşdü-

Qədərin otağına!..


Şaxələndin, yayıldın

Vaxtı böldün, ayırdın

Özünü yad sayırdın-

Çevrildin ortağına!


Xəyalımda yaşardın

İnadınla daş yardın!

Sən bu işi bacardın-

Su səpdin oddağına!..


Bəli, düşünürəm ki,mən də dədələrə borcluyam. Ən azından bu yazıya görə…


Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV