adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
12 Fevral 2016 16:42
3296
SİYASƏT
A- A+

ABŞ səfirliyinin nümayəndələri Milli Məclisdə olub

Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin və komitə sədrinin muavini Rauf Əliyevin Amerika Birləşmiş Ştatlarının ölkə­mizdəki fövqəladə və səlahiyyətli səfirinin müavini Derek C.Hoqan və səfirliyin siyasi işlər üzrə müşaviri xanım Syuzan Çesli ilə onların xahişiylə Milli Məclisdə görüşü keçirilib.

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Söhbət zamanı əlaqələrin intensivləşdirilməsi, qarşıya çıxan məsələlərlə bağlı məsləhətləşmələrin aparılması, birgə layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub, fikir mübadiləsi aparılıb.

Müzakirənin gedişində son aylar neftin qiymətinin düşməsi və manatın devalvasiyasıyla bağlı dünyada gedən sosial problemlərdən söhbət açılıb.

Komitə sədri Azərbaycan prezidenti İlham Əliyevi postneft dövrüylə bağlı ölkədə apardığı ardıcıl və sistemli sosial müdafiə tədbirlərinə xüsusi diqqət yetirib.

Derek Hoqan Azərbaycanda bu tələblər baxımından lokal tədbirlərin və sahibkarlar üçün kiçik investisiya tutumlu proqramların həyata keçirilməsinin ölkələri tərəfindən mümkünlüyü ideyalarını da xüsusi vurğulayıb.

Komitə sədri Hadi Rəcəbli Azərbaycan ilə ABŞ arasında əlaqələrin yaxşı səviyyədə olduğunu bildirib. Hadi Rəcəbli bu əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, sosial-iqtisadi və digər sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu deyib.

Səfirin müavini Derek Hoqan onları vaxt tapıb qəbul etdiyi üçün komitə sədrinə minnətdarlığını bildirib. İki ölkə arasında münasibətlərin, əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirib. Bunun daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.