adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
12 Fevral 2016 16:35
3410
İDMAN
A- A+

Qadın güləşçilərimiz Kiyevə gedir

13-14 fevral 2016-cı il tarixdə Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XX beynəlxalq turnir keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından Adalet.az-a verilən məlumata görə, turnirdə qadın güləşi üzrə yığma komandamızın üzvləri iştirak edəcəklər.

Baş məşqçi Semyon Çterev və böyük məşqçi Nazim Əlicanovun rəhbərliyi altında turnirdə Mariya Stadnik (48 kq), Leyla Qurbanova (53 kq), Anjela Doroqan, Almaz İsmayılova (hər ikisi 55 kq), Nataliya Sinişin, Yuliya Ratkeviç (hər ikisi 58 kq), Tatyana Omelçenko (60 kq), İrina Netreba (63 kq) və Gözəl Zutova (69 kq) sınaqdan keçiriləcək.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev ölkəmizi təmsil edəcək.

Proqrama əsasən, fevralın 13-də 48, 55, 60, 69 kq, 14-də isə 53, 58, 63 və 75 kq çəki dərəcələrində qadın güləşçilər yarışacaqlar.