adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
12 Fevral 2016 15:55
3960
İQTİSADİYYAT
A- A+

Azərbaycanla Hindistan arasında ticarət dövriyyəsi arta bilər

"Hindistan Azərbaycanla ticarət dövriyyəsini artırmaq istəyir". Adalet.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Hindistanın Azərbaycandakı səfiri Sancay Rana deyib. O qeyd edib ki, 2015-ci ildə iki ölkə arasında mal dövriyyəsi 815 milyon dollar təşkil edib, bunun 778 milyonu Azərbaycan məhsullarının idxalının payına düşüb. Səfir bildirir ki, Azərbaycan və Hindistan kimi ölkələr üçün bu rəqəmlər böyük göstərici deyil. Ona görə də tezliklə Hindistan və Azərbaycan arasında əmtəə dövriyyəsi artmalıdır. Xüsusən də kənd təsərrüfatı, energetika, neft kimyası, əczaçılıq və digər sahələrdə iki ölkə arasında əməkdaşlıq arta bilər. 

Azərbaycan Sahibkarları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev isə bildirib ki, Azərbaycanın informasiya texnologiyaları sahəsində Hindistanla əməkdaşlığı inkişaf etdirməsi perspektivlidir. Çünki Hindistan informasiya texnologiyaları sahəsində aparıcı ölkələrdən biridir. 

Qeyd edək ki, bu gün Azərbaycan Sahibkarları Milli Konfederasiyası və Hindistanın Azərbaycandakı səfirliyi birgə "Make in India" adlı tədbir keçiriblər.