adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
12 Fevral 2016 15:46
3343
MƏMLƏKƏT
A- A+

Sürüşmə sahələri aktivləşib

"Bayıl sürüşmə sahəsinin sol və sağ cinahlarında nisbi aktivləşmə müşahidə olunur”. Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

O bildirib ki, Bayıl sürüşmə sahəsində yerləşən istinad divarları və quraşdırılmış mayaklarda 2-3 mm ölçüsündə çatlar əmələ gəlib.

Dəstə rəisi qeyd edib ki, Badamdar – 20-ci sahə yolunun sağ tərəfindəki yamacın bir neçə yerində kiçik ərazini əhatə edən çökmə prosesləri müşahidə olunub: "Ərazidə təxminən 50-60 metr uzunluğunda, 7-8 sm qalınlığında çökmə qeydə alınıb”.