Azərbaycandan Böyük Britaniyaya etiraz
Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Londonda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Ticarət və İnvestisiyalar üzrə dövlət naziri Fransis Modla görüşüb.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, görüş zamanı Ş. Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini bir daha diqqətə çatdırıb. O, Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən Böyük Britaniya şirkətlərinin siyahısını F. Moda təqdim edərək, bunun yolverilməz olduğunu, Böyük Britaniya hökuməti tərəfindən belə halların qarşısının alınması üçün tədbirlərin görülməli olduğunu qeyd edib.
Bundan başqa, görüşdə Azərbaycan və Böyük Britaniya arasında mövcud iqtisadi əlaqələr, əməkdaşlığın genişləndirilməsi perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
F. Mod Hökumətlərarası Komissiyanın iclası və ikitərəfli görüşlər çərçivəsində aparılan müzakirələrin ölkələrimiz arasında əlaqələrin inkişafında əhəmiyyətli olacağını qeyd edib, əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bildirib.
Digər Xəbərlər
23 Aprel 2024 20:11
"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi
23 Aprel 2024 19:20Xankəndidə 33 il sonra doğulan körpənin valideynlərinə mənzil ayrıldı
23 Aprel 2024 18:59"Azərbaycan ordusu bir güllə atmadan Tavuşa bu səbəbdən girdi"- Vrtanesyan
23 Aprel 2024 17:31Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişib
23 Aprel 2024 17:04