Bakı-Tbilisi-Qars layihəsi bahalaşa bilər
"Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icra olunduğu ərazilərin relyefi çox çətindir".
Bu barədə Tiflisdə keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə üçtərəfli Koordinasiya Şurasının iclasından sonrakı mətbuat konfransında nəqliyyat naziri Ziya Məmmədov bildirib.
Nazir bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi olduqca mürəkkəb prosesdir. Nəqliyyat nazirinin sözlərinə görə, Bakı-Tbilisi-Qars layihəsi 2017-ci ilin əvvəlində tam istismara veriləcək:"Qeyd edilən dövrdən etibarən qatarların hərəkəti, yükdaşımalar və sərnişin daşımaları təmin olunacaq. Bir sözlə, Avropa və Asiya arasında yeni bir pəncərə açılır".
Z. Məmmədov bildirib ki, hazırda Bakı-Tbilisi-Qars layihəsinin ümumi dəyəri 775 mln. dollar təşkil edir.
"Mütəxəssislərin araşdırmalarına görə, görülən işlərin maya dəyəri artacaq. Qlobal iqtisadiyyatda baş verən proseslər səbəbindən layihənin reallaşmasında istifadə olunan materiallar bahalaşır. İstənilən şəkildə qiymət artımı araşdırılacaq və nəticələr hökumətə təqdim olunacaq",- deyə Z. Məmmədov bildirib.
Digər Xəbərlər
29 Mart 2024 18:26
Bu çalaya rast gəldikdə dərhal XƏBƏR VERİN
29 Mart 2024 17:50Mahmud Abbasdan mənəvi "qardaşlar"ına jest: Varsen Ağabekyan Fələstində nazir oldu
29 Mart 2024 16:45Solovyova qardaş "müjdə"si :Ermənistanda proqramlarının yayımı dayandırıldı
29 Mart 2024 15:42Ermənistanı tərk edən Qarabağ ermənilərinin sayı AÇIQLANDI
29 Mart 2024 15:33