adalet.az header logo
  • Bakı 13°C
12 Fevral 2016 14:42
3713
GÜNDƏM
A- A+

Azərbaycanda bələdiyyə ləğv edilir

Naxçıvan Muxtar Resbuplikasının Babək rayonunun Qoşadizə bələdiyyəsi ləğv edilir.

"Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna əlavə edilmiş "Azərbaycan Respublikası bələdiyyələrin siyahısı”nda müvafiq dəyişiklik bu gün Milli Məclisin plenar iclasında qəbul edilib.

Milli Məclisin payız sessiyasında "Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Qanuna əsasən Babək rayonunun Qoşadizə kənd inzibati ərazi dairəsi və onun tərkibindəki Qoşadizə kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin dövlət reyestrindən çıxarılıb.

Qoşadizə kəndinin 658 hektar təşkil edən ərazisi Babək qəsəbəsinin inzibati ərazisinə birləşdirilib.

Bu dəyişikliyə uyğun olaraq, Qoşadizə bələdiyyəsi də ləğv edilir.