adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
12 Fevral 2016 14:11
5767
ƏDƏBİYYAT
A- A+

Habil Qurbanovun kitabı Almaniyada işıq üzü görüb

AMEA Fəlsəfə və Hüquq İnstitunun şöbə müdiri, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanovun Almaniyanın "Palmarium” nəşriyyatı tərəfindən alman və rus dillərində "Obstoyatelstva, isklyuçayuşie prestupnost deyniya (V kontekste sovremennosti i vzqlyada v buduşee”) ("Cinayət əməllərini istisna edən hallar (müasirlik və gələcəyə baxış konteksitində”) adlı monoqrafiyası işıq üzü görüb.

Hüquq üzrə elmlər doktoru, professor M.A.Cəfərquliyevin elmi redaktoru olduğu monoqrafiyada cinayət hüququnun əsas problemlərindən, cinayət əməllərini istisna edən halların tədqiqi və analizindən bəhs olunur. Eyni zamanda kitabda cinayət əməllərini istisna edən hallara, tarixi aspektlərə, anlayışlara, halların mahiyyətinin təbiətinə sosial hüquqi məsələlərə diqqət yetirilmişdir.

Monoqrafiya ali məktəblərin hüquq fakültəsinin tələbələri, müəllimləri, doktorantları və həmçinin nəzəri problemlərlə maraqlananlar üçün nəzərdə tutulmuşdur.