adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
12 Fevral 2016 16:30
6869
GÜNDƏM
A- A+

Rüfət Səfərov ifadəsi alınaraq buraxılıb - YENİLƏNİB

Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiqrəhbəri Eldar Sabiroğlunun oğlu Rüfət Səfərov istintaqa ifadə verib.İfadəsi alınan R. Səfərov evə buraxılıb. O, dilindən intizam alındığı üçün başqa məlumat verməyib.

***

Rüfət Səfərov bu gün Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağırılıb.

Rüfət Səfərovun vəkili Bəhruz Bayramov açıqlamasında bildirib ki, müdafiə etdiyi şəxsin Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağırılması normal haldır: " Rüfət barəsində istintaq hərəkətləri aparılır, onun istintaqa çağırılması normaldır".

Vəkil onu da qeyd edib ki, Rüfət Səfərovun müdafiəsindən imtina edə bilməz: "Mənim elə bir hüququm yoxdur. Yalnız R. Səfərov müdafiəçisindən imtina edə bilər"

Lent.az

****

Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunun oğlu Rüfət Səfərov Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə dəvət edilib. Adalet.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə vasitəsi ilə xəbər verib.

R. Səfərov barəsindəki ev dustaqlığı qərarının məhkəmə tərəfindən dəyişdirilərək yenidən həbs ediləcəyini düşündüyünü qeyd edib.

Rüfət Səfərov sosial şəbəkələr vasitəsi ilə onu da bildirib ki, vəkili Bəhruz Bayramov onun müdafiəsindən imtina edir.