FHN-də Apellyasiya Şurası yaradıldı
"Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli 762 nömrəli Fərmanına uyğun olaraq Fövqəladə Hallar Nazirliyində Apellyasiya Şurası və Şuranın Katibliyi yaradılıb.
FHN-dən verilən məlumata görə, fövqəladə hallar nazirinin müvafiq əmri ilə sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə yaradılan Apellyasiya Şurasına nazir müavini Tapdıq Əmiraslanov sədr təyin ediib. Yeddi nəfərdən ibarət olan Şuranın tərkibinə nazirliyin aidiyyəti struktur bölmələrinin məsul vəzifəli əməkdaşları daxildir.
Apellyasiya Şurası Bakı şəhəri, M.Müşfiq küçəsi, 501-ci məhəllə ünvanında – Fövqəladə Hallar Nazirliyinin inzibati binasında fəaliyyət göstərəcək.
Digər Xəbərlər
25 Aprel 2024 18:15
Velosiped işıqforları quraşdırılır - BAKIDA İLK
25 Aprel 2024 18:06Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
25 Aprel 2024 18:05Xocalıda aşkar edilən insan qalıqlarının sayı 8-ə çatdı - YENİLƏNİB + VİDEO
25 Aprel 2024 17:46İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
25 Aprel 2024 17:24