adalet.az header logo
  • Bakı 11°C
12 Fevral 2016 12:58
3740
MƏMLƏKƏT
A- A+

Millət vəkili rayon ağsaqqallarıyla görüşüb - Fotolar

"Dövlətçiliyimizə xəyanət edənlər qanun qarşısında cavab veriblər və bundan sonra da verəcəklər”.

Adalet.az xəbər verir ki, bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev Nərimanov rayonu ağsaqqalları ilə görüşü zamanı bildirib.

"Bu gün dünyanın siyasi mənzərəsi dəyişir. Bəzi ölkələrdə siyasi vəziyyət qarışıb. Şükürlər olsun ki, ölkəmizdə sabitlik var. Düzdü, çətinliklərimiz var. Ölkəmiz bu prosesdən uğurla çıxacaq. Yetər ki, hamımız birlik, həmrəylik nümayiş etdirək”-deyən millət vəkili zamanında Heydər Əliyev tərəfindən dövlətçiliyimizin gücləndirilməsi ilə bağlı atılan addımların bu gün ölkə rəhbəri İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.