adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
12 Fevral 2016 12:18
5471
KRİMİNAL
A- A+

Sabirabadda 39 yaşlı kişini qətlə yetirdilər

Sabirabad rayonunda qətl hadisəsi baş verib.

Hadisə bu gün səhər saatlarında Sabirabad şəhərinin 20 Yanvar küçəsində qeydə alınıb.

Rayon sakini, 1977-ci il təvəllüdlü İsmayılov Raqif Eldar oğlu həmin ünvanda bıçaqlanaraq qətlə yetirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.