adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
12 Fevral 2016 12:04
3246
MƏMLƏKƏT
A- A+

Saxta viza ilə Azərbaycana gələn Qana vətəndaşları yaxalandı

Dövlət Sərhəd Xidmətinin əməkdaşları saxtalaşdırılmış sənədlərlə dövlət sərhədini keç­məyə cəhd edən şəxslərin aşkarlanması istiqamətində fəaliyyətlərini davam etdirirlər. 

DSX-dan Adalet.az-a verilən məlumata görə, fevralın 9-da həyata keçirilmiş tədbirlər nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda 332 nömrəli "İstanbul-Bakı” aviareysi ilə ölkə­mizə gələn Qana vətəndaşları Mketiab Xoster, Obeng Riogkson, Paky Esmond Ohene və Boateng Frangiz Atta saxta elektron viza təqdim etdikləri üçün saxlanılıblar. Müvafiq araşdırma aparıldıqdan sonra həmin şəxslər fevralın 10-da "Bakı-İstanbul” reysi ilə geri qaytarılıblar.