adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
12 Fevral 2016 11:39
3363
MƏMLƏKƏT
A- A+

“Azəryolservis” ziyanlar barədə hesabat yaydı

"2015-ci il ərzində yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 349 yol nəqliyyat hadisəsi baş verib”. Bu haqda "Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

O qeyd edib ki, bunun nəticəsində dövlət büdcəsi hesabına quraşdırılmış 5769,4 p/mtəhlükəsizlik səddi,2 ədədi işıq dirəyi,1ədədmetal informatik lövhə və8 ədəd yol nişanı yararsız hala düşmüş və dövlət büdcəsinə ümumilikdə 552092,93 manatziyan dəyib:

"Baş vermiş 257 yol nəqliyyat hadisəsinin səbəbkarları məlum olduğu üçün həmin hadisələri törədənlər barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşağıdakı tədbirlər görülüb.

201 yol nəqliyyat hadisəsitörədilən avtonəqliyyat vasitəsinin icbari sığortası olduğu üçün, dəymiş ziyanın sığorta şirkətləri tərəfindən ödənilməsi üçün müvafiq sığorta şirkətlərinə ərizə ilə müraciət olunub56 yol nəqliyyat hadisəsitörədilən avtonəqliyyat vasitəsinin icbari sığortası olmadığı üçün məhkəmə orqanlarına müraciət olunub”.

A.Nəcəfli deyib ki, 92yol nəqliyyat hadisəsininsəbəbkarları məlum olmadığı üçün həmin hadisələrin törədicilərinin araşdırılaraq tapılması barədə BDYPİ- nə məktubla müraciət olunub:

"Yolların mühafizəsi xidmətini həyata keçirən tabelikdə olan cəmiyyətlər tərəfindən 2015-ci ildə4005 inzibati xəta hadisəsiaşkar edilərək protokol tərtib edilmiş və inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan şəxslərə göndərilməsi təmin edilib”.