adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
12 Fevral 2016 10:55
4032
GÜNDƏM
A- A+

Daha bir nazirlikdə Apellyasiya Şurası yaradıldı - TƏRKİB

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 3 fevral 2016-cı il tarixli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyində Apellyasiya Şurası və Şuranın Katibliyi yaradılıb. Adalet.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq şura və katibliyin tərkibi təsdiq edilib.

Sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə yaradılan Şuraya maliyyə nazirinin müavini Azər Bayramov sədr təyin olunub.

7 nəfərdən ibarət Apellyasiya Şurasına nazirliyin aparatının şöbə müdirləri, katibliyə isə nazirliyin məsul əməkdaşları daxildir.

Apellyasiya Şurası Bakı şəhəri Səməd Vurğun küçəsi 135 ünvanında – Maliyyə Nazirliyinin inzibati binasında fəaliyyət göstərəcək.

Əlaqə: 012 404 47 87

[email protected]

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Apellyasiya Şurasının

Tərkibi

Şuranın sədri

Azər Bayramov - maliyyə nazirinin müavini

Şuranın üzvləri:

Namiq Süleymanov – Nazirliyin aparatının rəhbəri

Xalıq Rəhmanov – Hüquq şöbəsinin müdiri

Mərdan Mərdanov – İnfrastruktur təyinatlı layihələrin maliyyəsi şöbəsinin müdiri

Vüqar Məcidli – İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri

Lalə Həsənova - Ümumi şöbənin müdiri

Fikrət Şirinov – Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri vəzifəsini icra edən

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Apellyasiya Şurasının Katibliyinin

Tərkibi

Katibliyin rəhbəri:

Mayis Piriyev – Baş məsləhətçi- mətbuatla iş üzrə

Katibliyin üzvləri:

Zemfira İsmayılova – Ümumi şöbənin sektor müdiri

Elçin Nəcəfov - Hüquq şöbəsinin baş məsləhətçisi