adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
12 Fevral 2016 10:14
5880
KRİMİNAL
A- A+

Banka basqın edənin kimliyi məlum oldu - Yenilənib

Polis əməkdaşları oğrunu yaxalaya bilib

"DəmirBank"a basqın edən şəxsin kimliyi məlum olub.

Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, araşdırmalar nəticəsində ötən gecə "DəmirBank"ın rayonun Şövkət Məmmədova küçəsi 10 ünvanında yerləşən filialına basqın edərkən tutulan şəxsin 1967-ci il təvəllüdlü Elxan Hüseyn oğlu Məsumov olması müəyyən edilib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

***

Bakının Binəqədi rayonunda banka basqın edilib. Naməlum şəxs rayonun Şövkət Məmmədova küçəsi 10 ünvanında yerləşən "DəmirBank"dan oğurluq etmək istəyib. Bankın arxa tərəfində olan tikilinin üstünə çıxan oğru bankın pəncərəsini sındırıb. O, içəri daxil olanda mühafizə xidmətinin siqnalizasiyası işə düşüb.

Oğru bankın birinci mərtəbəsinə düşəndə hadisə yerinə mühafizə polislərinin gəldiyi görüb, qaçmağa başlayıb. Lakin uzağa qaça bilməyib. Polis əməkdaşları onu yaxalayıb. Hadisə yerinə baxış zamanı oradan dəmir ling aşkarlanıb.

Saxlanılan şəxs Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə aparılıb.

Faktla əlaqədar başlanan araşdırmalar davam edir.