adalet.az header logo
  • Bakı 16°C
12 Fevral 2016 02:10
4669
DÜNYA
A- A+

İŞİD bu dəfə 4 yaşlı uşaqdan istifadə etdi - VİDEO

İŞİD terror qpuplaşması tərəfindən yayılan son video uşaqların terror təşkilatı tərəfindən istismar edildiyini bir daha subut edir.

Adalet.az xəbər verir ki, İŞİD casusluqda günahlandırdığı üç nəfərin olduğu maşını 4 yaşlı İsa Deyr adlı uşağa partlatdırıb.

İŞİD terror qruplaşması britaniya mənşəli dörd yaşlı usagı "kiçik cihadçı" olaraq xarakterizə edir. İŞİD-in Suriyada paytaxt elan etdiyi Rakkada çəkilən videoda casusluqda günahlandırılan 3 nəfərin bomba olan maşına oturulduğu görünür. Daha sonra İngiltərədə doğulduğu iddia edilən İsa Deyr əl detonatorunun düyməsinə basaraq onları partladır. İsa Deyr düyməni basmadan əvvəl "Kafirləri öldürəcəyik" deyə qışqırır.


Bomba yüklü vasitə, casusluqda günahlandırılan 3 adamla birlikdə havaya uçduğu zaman isə İsa əlini havaya qaldıraraq "Allah-ü Əkbər" deyir. İsanın yanında dayanan üzü bağlı olan İŞİD-çi isə İngiltərə baş naziri David Cameronu təhdid edir. Terrorçu İngiltərəni Suriyada İŞİD düşmənlərini silahlandırmaqda günahlandırır.



Bir müddət əvvəl İŞİD terror qruplaşması dünyanı dəhşətə gətirən yeni qətl görüntüləri də yayımlamışdı. Terror qruplaşması ingilis dilində danışan uşaq tərəfindən girovun edam videosunu yayıb. Qətl prosesi tamamilə gənc cəllada etibar edilib. Ancaq bu dəfə kiçik cəllad edamdan əvvəl təmiz ingilis dilində ABŞ-a müraciət edib. Görünüşə görə 10-dan çox yaşı olmayan uşaq kamera qarşısında Qərbi qruplaşma ilə müharibəyə görə ittiham edərək İŞİD-in bütün rəqiblərini edamla hədələyir. Qorxunc kadrlar uşağın dizi üstə duran girovun boğazını kəsməsi ilə qurtarır.