adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
11 Fevral 2016 16:22
29444
TEXNOLOGİYA
A- A+

“Twitter” istifadəçilərinin sayı 2 milyon nəfər azalıb

"Twitter” sosial şəbəkəsinin aktiv istifadəçilərinin sayı ötən rüblə müqayisədə 2 milyona qədər azalıb və 305 milyon nəfər təşkil edib.

Bu barədə "Twitter”in hesabında deyilir.

Şəbəkəyə heç olmasa ayda bir dəfə daxil olan istifadəçilərin sayında 2013-cü ildən bu yana ilk dəfədir ki, azalma və ya çoxalma müşahidə olunmayıb. Hazırda belə istifadəçilərin sayı 320 milyon nəfər təşkil edir.

Bununla belə, şirkətin rüblük gəlirləri 48% artıb və 710,5 milyon dollara çatıb. Şirkətin bu müddət ərzində zərəri 125,4 milyon dollardan 90,2 milyon dollara qədər azalıb.

"Twitter” şirkətinin rəqibi "Facebook” isə daha populyardır. Belə ki, bu sosial şəbəkənin aktiv istifadəçilərinin sayı 1 milyardı keçir.