adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
11 Fevral 2016 14:39
6272
MARAQLI
A- A+

Rusiyada 122 karatlıq almaz tapıldı

Rusiyanın "Alrosa” şirkəti Ayxal dağ-mədən kombinatının "Yubileynaya” mədənində 121,96 karat çəkisi olan almaz tapdığını elan edib.

Almaz oktaedr formasındadır və qrafit-sulfid tərkibli sarı rəngə malikdir.

Qeyd edək ki, 2015-ci ilin noyabrında Kanadanın "Lucara Diamonds” şirkəti Botsvanada son 110 ilin ən böyük almazını aşkar etmişdi. Onun çəkisi 1111 karata bərabər idi.

Rusiyanın "Alrosa” şirkəti dünya bazarına ən çox almaz çıxaran nəhəng şirkətdir.