adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
11 Fevral 2016 00:13
6790
HADİSƏ
A- A+

Tovuz sakini turşudan zəhərləndi

Tovuzda zəhərlənmə olub.

Adalet.az xəbər verir ki,  rayonun Düz Qırıqlı kənd sakini, 1991-ci il təvəllüdlü Kaloğlanova Billurə Akif qızı zəhərlənmə əlaməti ilə Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Dərhal tibbi yardım göstərilsə də B. Kaloğlanovanın vəziyyəti ağır olaraq qalır. Məlumata görə qadın 3 gün əvvəl pomidor turşusu yeyib və bu gün özünü pis hiss etdiyinə görə xəstəxanaya gətirilib.