adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
10 Fevral 2016 22:33
3868
İQTİSADİYYAT
A- A+

Rusiyada benzin bahalaşır

Aprelin 1-dən etibarən Rusiyada avtomobil yanacağı bahalaşacaq.

Adalet.az  «Forbes» jurnalının rus xidmətinin məlumatına əsasən xəbər verir ki, Rusiya Maliyyə Nazirliyi büdcə gəlirlərinin artırılması məqsədilə ölkə ərazisində benzinə və dizel yanacağına tətbiq edilən aksiz vergisinin artırılması haqqında qanun layihəsini Nazirlər Kabinetinə təqdim edib.

Mənbəyə görə, Rusiya hökuməti təqdim edilmiş qanun layihəsini bəyənib.

Sənədə əsasən, aprelin 1-dən Rusiya ərazisində benzinin 1 litri 2 rubl (AMB-nin rəsmi məzənnəsinə görə, təxminən 4 qəpik — virtualaz.org), dizel yanacağının 1 litri isə 1 rubl (2 qəpik) bahalaşacaq.

Bu addım Rusiya büdcəsinə illik 89,3 milyard rubl (1,768 milyard manat) əlavə gəlir gətirəcək.