adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
10 Fevral 2016 21:01
3993
İDMAN
A- A+

Çempionlar liqasının növbəti oyunları keçirilib

Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının 1/6 final mərhələsində növbəti oyunlar keçirilib.

Adalet.az xəbər verir ki, Avropanın ən mötəbər klub yarışında mübarizəni davam etdirən Azərbaycanın yeganə komandası "Lokomotiv” 10 qat İsveçrə çempionu "Volero”nu qəbul edib.

Оyun "Lokomotiv” komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Cütün güclüsünün adına fevralın 25-də Sürixdə keçiriləcək cavab matçında aydınlıq gələcək. Komandamız səfərdə istənilən hesabla qalib gəlsə 1/3 finala yüksələcək. Onlar 2:3 hesabı ilə uduzarsa, "Qızıl set”ə ehtiyac duyulacaq. Rəqibin 3:0 və ya 3:1 hesablı qələbəsi "Lokomotiv”in növbəti mərhələ yolunu bağlayacaq.

Çempionlar Liqası

1/6 final, ilk oyun

10 fevral

"Lokomotiv” (Azərbaycan) – "Volero” (İsveçrə) - 3:2 (25:21; 22:25; 25:23; 20:25; 16:14)