adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
10 Fevral 2016 16:29
5525
KRİMİNAL
A- A+

59 baş qoyun oğurlamış şəxs tutuldu

Bərdə sakini Famil Musayevə məxsus 59 baş qoyunu oğurlamış qrupun digər üzvü də saxlanılıb.

 


Adalet.az-ın DİN-in saytına istinadən məlumatına görə, Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F. Musayevə məxsus 59 baş qoyunu oğurlamış qrupun digər üzvü – rayon sakini Nazmiq Musayev ələ keçib.

Bundan başqa fevralın 4-də Bakı şəhər sakini Püstəxanım Dostəliyevanın evindən qızıl əşyalar oğurlamış Lənkəran rayon sakini ələ keçib.

Xəzər RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 4-də Bakı şəhər sakini P. Dostəliyevanın evindən 4000 manat dəyərində qızıl əşyalar oğurlamış Murad Sadıqov tutulub.
 

Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə fevralın 7-də şəhər sakini Cavid Musayevin evindən 4350 ABŞ dolları, 2650 manat və qızıl əşyalar oğurlamış bacısı Cəmilə və İsmayıllı rayon sakini  Rasim Əsgərli tutulublar.