adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
10 Fevral 2016 16:23
6378
MƏDƏNİYYƏT
A- A+

Şəkinin Türk dünyasının paytaxtı seçilməsinə dair tədbirlər planı hazırlandı

Şəki şəhərinin 2016-cı il üçün Türk dünyasının mədəniyyət paytaxtı seçilməsi ilə əlaqədar tədbirlər planı və loqotip hazırlanıb.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Mədəniyyət Nazirlərinin Daimi Şurasının 33-cü toplantısı çərçivəsində Türkmənistanın Marı şəhərində keçirilən mədəniyyət məsələləri üzrə məsul nazirlərin toplantısında Şəki şəhəri 2016-cı il üçün Türk dünyasının mədəniyyət paytaxtı seçilib.

Bununla əlaqədar Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və TÜRKSOY-un birgə tədbirlər planı hazırlanıb. Mədəniyyət Paytaxtı çərçivəsində il ərzində Şəkidə müxtəlif beynəlxalq festivalların, sərgilərin, tamaşaların, konsert proqramlarının, təntənəli açılış və bağlanış mərasimlərinin keçirilməsi, çoxsaylı xarici qonaqların qəbul edilməsi planlaşdırılır.

Tədbirlər planı ilə yanaşı "Şəki 2016-Türk Dünyasının Mədəniyyət Paytaxtı” Loqotipi də hazırlanıb. Loqotipdə ölkəmizi və Şəki şəhərini simvolizə edən elementlərdən istifadə edilib.